Nizami Kino Mərkəzində "Sadəcə sev” filminin qala gecəsi keçirilib.
"Media Master” şirkətinin istehsalı olan filmin baş rol ifaçıları müğənni Günay İbrahimli, aktyorlar Cövdət Şükürov, Elşən Rüstəmovdur.
Təqdimat mərasimində ekran işinin yaradıcı heyəti, sənət aləminin tanınmış simaları iştirak edib.
"Sadəcə sev"in ssenari müəllifi Elçin Muradov, rejissoru Sain Qəhrəman, operatoru Orxan Məmmədov, baş prodüseri isə Rüstəm Əliyevdir. Günay İbrahimli filmdə cəsarətli qadın obrazını canlandırıb.
Qeyd edək ki, "Sadəcə sev”in bu gündən kinoteatrlarda nümayişinə başlanılıb.