Ərimin şirkəti var, boşanmırıq - məşhur aktrisa

Müəllif: Antikvar
Şərhlər: 7
Baxılıb: 1 703
Səs ver:
(səs: 1)
Bir müddət öncə türkiyəli məşhur aktrisa Pınar Altuğun həyat yoldaşı Yağmur Atacandan boşanması ilə bağlı ölkə mətbuatında xəbərlər yer almışdı. Y.Atacanın heç bir iş-güc sahibi olmadığı üçün aktrisanın ondan boşanacağı bildirilirdi.
P.Altuğ yayılan bütün bu xəbərlər aydınlıq gətirib. Aktrisa bildirib ki, özündən 9 yaş kiçik olan həyat yoldaşı Y.Atacandan boşanmır:

"Biz Yağmurla ailə həyatı quranda da heç bir evlilik müqaviləsi imzalamadıq. 9 yaş fərqimiz var və bunu heç vaxt da gizlətmədik. Deyək ki, ərim işləmir və pulu mən qazanıram. Nə olsun ? Yağmur bu saat evdə oturub toxuculuqla məşğul olur(red-gülür). Qadın evdə oturub kişi axşam saatlarına qədər işləyəndə heç bir problem olmur, amma kişi evdə oturanda qadın işləyəndə problemmi olur? Bizi görənlər soruşur ki, boşanırsınızmı? Hamıya buradan cavab verirəm. Boşanmırıq və çox şükür ki, boşanmırıq. Mənim həyat yoldaşım sosial şəbəkələrdən uzaq insandır. Hətta onun şirkətinin sosial media hesablarını mən idarə edirəm. Bəli, Yağmurun şirkəti var və heç vaxt göz önündə olmağı sevmədiyi üçün bütün bunlar haqqında danışmağı da sevmirik. Yağmurun şirkətindən çörək pulu qazanan xeyli sayda işçiləri də var. Bunları çıxıb kimlərəsə demirsə, əgər onun evdə oturduğunu zənn edirlərdə, bu da onların problemidir".
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 1 703
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri