23 yaşlı müəlliməni qaçırıb, zorla bakirəliyini pozdular

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 695
Səs ver:
(səs: 1)
Ağsu rayonunda gənc müəllimi zorla qaçıraraq zorlayıblar.

Nuran kənd tam orta məktəbinin qarşısında 23 yaşlı müəllim Sara Vəliyeva (şərti) bir neçə gün əvvəl bir qrup şəxs tərəfindən zorla maşına salınaraq qaçırılıb.

Artıq gənc müəlliməni zorla qaçıran şəxslərin kimliyi məlum olub.

Məlumata görə, səhər saatlarında Nuran kəndində kirayə yaşadığı evdən çıxaraq məktəbə gedən Sara Vəliyevanı qonşu Nöycü kəndinin sakinləri - 1985-ci il təvəllüdlü İsrafilov Bəhruz Dursunəli oğlu, onun qardaşı, 1980-ci il təvəllüdlü İsrafilov Müşviq Dursunəli oğlu və dostu, 1994-cü il təvəllüdlü Əsgərov Əmrah Əbülfət oğlu təzyiq göstərərək zorla "VAZ 2106" markalı avtomobilə mindirərək qaçırıblar. Qaçırılan müəllim əvvəlcə İsmayıllı rayonuna aparılıb və orada istəyinin əleyhinə olaraq, zorla bakirəliyi pozulub.

Daha sonra onlar qızı Sabirabad rayonuna aparıblar. Artıq hadisəni törədən Bəhruz İsrafilov və Əmrah Əsgərov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Hazırda Müşviq İsrafilovun tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, S.Vəliyeva 2015-ci ilin sentyabrından Nuran kənd orta məktəbində kimya müəllimi işləyir.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 5 695
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri