Ayıb olsun sizə, o bayraq üçün şəhid vermişik - bacılara etiraz

Müəllif: Antikvar
Şərhlər: 11
Baxılıb: 2 640
Səs ver:
(səs: 1)
İyunda keçiriləcək futbol üzrə Avropa Çempionatının (AVRO-2016) ölkələr üzrə reklam çəkilişləri başlayıb.

Türkiyə üçün çəkilən klipdə yer alan Esra və Ceyda bacıları sərt tənqid olunub. Onlar çəkilişdən paylaşdığı fotoları ilə izləyicilərini əsəbiləşdiriblər. Bikini geyinərək əllərində Türkiyə bayrağını tutan bacıların bu hərəkəti şəhidlərə hörmətsizlik adlandırılıb.

Esra-Ceydanın "AVRO 2016 üçün sürpriz bir çəkilişdəyik. Türkiyəni təmsil edirik" qeydi ilə təqdim etdikləri fotolara gələn şərhlərdə yazılıb:

"Əlinizdəki bayraqlar üçün şəhid vermişik, ayıb olsun sizə".
"Dərhal bayrağımızı əlinizdən buraxın, utanın".
"O bayraq müqəddəsdir, ədəb lazım idi".
"Atatürkün "ümidim gənclərədir" sözləri ağlıma gəldi. 15 yaşında Vətən üçün ölümə gedənlər hara, indiki gənclər hara".
"Siz kimsiniz ki, Türkiyəni təmsil edirsiniz?"

 

 

 

[media=https://www.youtube.com/watch?v=ffviMtsEs1c]
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 2 640
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri