Ramazan ayı ilə bağlı FƏTVA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 1339
Səs ver:
(səs: 1)
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs ramazan ayının başlanması münasibətilə fətva verib.

Nu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının iclası keçirilib. İclasda müqəddəs ramazan ayının başlanması münasibətilə fətva verilib.

Bu il Azərbaycanda miladi təqvimlə 7 iyun, hicri tarixlə ramazan ayının birinci günü, Eydül-Fitr (Fitr bayramı) isə iyulun 6-na təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Fətvada deyilir: "Aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qurani-Kərimin nazil olduğu mübarək ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarını, o cümlədən, ölkəmizdəki müsəlman qardaş və bacılarımızı təbrik edir, Allah-taaladan ibadətlərimizin və dualarımızın qəbul olunmasını diləyirik. Ramazani-şərifin başlanması ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası aşağıdakıları bəyan edir: Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazimizin üfqünə uyğun olaraq ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 07 iyun 2016-cı ilə təsadüf edəcəkdir. Ayın göründüyü andan etibarən dinimizin vacib əməllərindən sayılan orucluq ibadəti başlayacaqdır. Oruc ibadəti fərqli qaydalar əsasında bütün səmavi dinlərdə uca yaradan tərəfindən vacib buyurulmuşdur.

Müqəddəs Kitabımız Qurani-Şərifdə bu barədə ayələr vardır: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib buyurulduğu kimi, sizə də vacib buyuruldu ki, (bu ibadət vasitəsilə pis əməllərdən) çəkinəsiniz!" (Bəqərə, 183). Həzrəti peyğəmbərdən nəql olunan qüdsi hədislərdə orucluğun Allah-taalaya aid olduğu və mükafatının da məhz uca Allahın özü tərəfindən veriləcəyi bildirilmişdir. Oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların günahlardan tövbə etmələrinə və Allah-taala yolunda xeyirxah işlər görmələrinə səbəb olur. Bu ibadətin sayəsində insan aclığa və susuzluğa tab gətirərək öz nəfsinə qalib gəlir. Mərhəmət və şəfqət ayı olan müqəddəs ramazan ayında ehtiyacı olanlara, uşaq evlərinə, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək, ifrata və israfa yol vermədən iftar süfrələri açmaq Allah nəzərində bəyənilən əməllərdəndir.

Bu ayda ən böyük savab - Quranı tilavət etmək, valideynlərin xeyir-duasını almaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm və fəzilət sahiblərinə ehtiram göstərmək, insanlar arasında ünsiyyət, dostluq və qarşılıqlı hörməti təbliğ etməkdir.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim və yaddaş kitabçası tərtib etmişdir. Bölgə qazıları, səlahiyyətli nümayəndələr, imam və axundlardan, eləcə də dindarlarımızdan tələbimiz budur ki, digər mənbələrdən daxil olmuş, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərə müraciət edilməsin.

Əminik ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və yerli İcra Hakimiyyətlərinin müvafiq qurumları bu məsələdə bizə köməkçi olacaq, kütləvi informasiya vasitələri və sosial media məzhəb ayrı-seçkiliyinin yolverilməzliyi baxımından vacib olan bu təqvimin təbliği və yayılmasına məsuliyyətlə yanaşacaqdır. İnşallah, Eydül-Fitr - Ramazan bayramı şəvval ayının 1-i - Ayın üfqi ərazimizdə görünməsinə istinadən iyul ayının 06-na təsadüf edəcəkdir. Azərbaycan hökumətinin dini bayramlarımız olan Ramazan və Qurban bayramlarına ehtiramının göstəricisi kimi bu bayramlar dövlət səviyyəsində qeyd olunur.

Bu, dövlətimizin dini dəyərlərə ehtiram və qayğısının təzahürü, din-dövlət münasibətlərinin yüksək səviyyəsindən irəli gələn məqamdır və dindarlar tərəfindən həmişə minnətdarlıqla qarşılanır. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailənin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə bir daha xəbərdarlıq edir ki, müqəddəs ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etmək şəriətə görə böyük günahlardandır. Bu xəbərdarlığımızı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcəkdir. Qazılar Şurası din xadimlərimizə tövsiyə edir ki, bu əziz günlərdə dinimizdə müqəddəs sayılan şəxsiyyətlərlə yanaşı, torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən qəhrəman övladlarımızın, Qarabağ şəhidlərinin əziz xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, xütbə və moizələrdə vətənpərvərlik hisslərinin təbliğinə xüsusi diqqət yetirilsin.

Duaların qəbul olunduğu mübarək ramazan ayında biz müstəqilliyimizi əbədi edən ulu öndər Heydər Əliyevi rəhmətlə yad edir, dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın rifahı naminə böyük işlər görən dövlət rəhbərimiz İlham Əliyev cənablarına Allah-taaladan xeyir-dualar diləyirik. Duamız budur ki, Qadir Allah doğma Azərbaycanımızın qüdrətli və firavan gələcəyini, ölkəmizdə və bütün dünyada sülhü bərqərar etsin, gələn ramazan iftarlarımızı doğma Qarabağın ürəyi olan Şuşada açmağı nəsib etsin, inşallah!

Müsəlman qardaş və bacılarımızı mübarək ramazanın gəlişi münasibətilə bir daha təbrik edir, müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətlərimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını uca rəbbimizdən diləyirik! Allah oruc və namazlarınızı qəbul etsin! Amin!"
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 1339
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 5891
Xəbər sayı: 388
heyatim_menim
En gozel bayramlardan biridir.insaALLAH ALLAH qismet etsin butun bendelerine oruc tutmagi.ALLAH bu gozel ayin ummetine butun oruclarimizi,etdiyimiz butun xetalarmizi gunahlarmizi bagislasin insaALLAH
26 may 2016 21:08
8
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
Şərh sayı: 18374
Xəbər sayı: 1303
Fialka
Az bir müddət qalır mübarək Ramazan ayının başlamasına..İnşAllah rəbbim ona xatir tutulan orucları qəbul edər inşAllah.
26 may 2016 17:01
7
Şərh sayı: 1883
Xəbər sayı: 36
savior angel
ALLAH butun oruc tutanlarin orucunu qebul etsin dozum versin Rebbim bu mubarek ayin werefine bizleri bagiwlasin ozu komey olsun her kese
26 may 2016 16:07
6
Şərh sayı: 13489
Xəbər sayı: 297
Miss_Oxatan
Lap yaxwi,xow gelir Ramazan.Allah her birimizin gunahlarini bagiwlasin InwAllah Ramazana xatir.Amin)
26 may 2016 15:30
5
#flatearth
Şərh sayı: 10659
Xəbər sayı: 0
qanadli melek
Xow gelir ramazan.Allah oruclarimizi qebul etsin inwallah
26 may 2016 12:38
4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Şərh sayı: 72548
Xəbər sayı: 1
vipbetul
Allah tutulacaq Oruclari edilecek dualari insallah qebul eder
26 may 2016 12:31
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Şərh sayı: 11014
Xəbər sayı: 2333
Barbaris
Sitat: ayka95
Allah tutduğumuz orucu,etdiyimiz dualari qebul etsin .Amin


AMin
26 may 2016 12:12
2
# ☀ Şəxsiyyətimlə, rəftarımı səhv salmayın! Şəxsiyyətim kim olduğumla,
Rəftarım kim olduğunuzla bağlıdır!! ✔
Şərh sayı: 5652
Xəbər sayı: 13
ayka95
Allah tutduğumuz orucu,etdiyimiz dualari qebul etsin .Amin
26 may 2016 12:10
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri