Türkiyənin Kocaeli əyalətində keçirilən toy mərasimində kütləvi dava baş verib.
Mahnı sifariş etmək üstündə başlayan mübahisə əvvəlcə iki ailənin bir-birinə hücum çəkməsinə səbəb olub. Tədricən əhatəsi böyüyən davaya qadınlar, yaşlılar hətta uşaqlar da qoşulublar.
Dəyənəklərdən istifadə edən kütləni sakitləşdirmək üçün hadisə yerinə gələn polislər havaya atəş açıb. Bu kömək olmadıqda göyaşardıcı qazdan istifadə olunub. Əraziyə əlavə polis qüvvəsi cəlb olunub.
İlkin məlumatlara görə 9 nəfər yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.