Aygün Kazımova qapalı libası haqda: Onun arxasında yeni imicim gizlənir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 1 650
Səs ver:
(səs: 0)
Xalq artisti Aygün Kazımova Tofiq Bəhrəmov adına Stadionda baş tutan konsertində geyindiyi qapalı libasından danışıb.

Müğənni "ATV maqazin onlarla" verilişində tamaşaçılara sürpriz hazırladığını deyib:

"Qarderobumdakı ən qapalı geyimimdir. Həmin konsertdə mən sirlərlə qapalı oldum. Bunun arxasında yeni imicimi gizlədirəm. İyunun 18-də Nabranda baş tutan konsertimdə sürpriz açılacaq. Həmin konsertdə dəniz geyimlərim olacaq".

A.Kazımova "Orasına-burasına" adlı səs-küylü mahnısından da bəhs edib:

"Başqa yerlərə yozmayın, sadəcə, gözləyin. Nabrandakı konsert zamanı mahnını səsləndirəcəm".

Müğənni sosial şəbəkədə yazdığı "Mən aşiq oldum" şərhi ilə bağlı suallara "Bəlkə, yeni mahnının və ya müzklın adıdır. Gözləyib, görəcəyik" cavabını verib.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 1 650
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri