Qıpqırmızı qızarırdım - Sevda+fotolar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 1 800
Səs ver:
(səs: 1)
Müğənni Sevda Yahyayeva 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə özəl libas tikdirib.

Danışan Sevda deyib ki, bayram günü şən görünmək istəyib. O, bu geyimin təklifini birlikdə çalışdığı modelyerdən gəldiyini bildirib.

Hər il konsert verən S.Yahyayeva bu il ənənəsinə sadiq qalmayacaq:

“Bir neçə təklif var, amma hamısı restoranlarda olan konsertlərədir. Bu il solo konsertim olmayacaq. Fərqli bir şey istəyirəm. Bunu isə yalnız gələn ilə çatdıra biləcəm. İndiyədək konsertlərimdə hər şey etmişəm. Yenilik etmək barədə düşünməliyəm”.

Sevda meyxanaçı Namiq Qaraçuxurlunun ona xitabən dediyi “Çox utancaqdır” sözlərinə belə cavab verib:

“Bunu bilərəkdən etmirəm, daxilimdən gəlir. Mənim anam da belədir. Əvvəl kimsə söz deyəndə, qıpqırmızı qızarırdım. İndi bir az açılışmışam. Çalışıram ki, utanmayım, amma yenə də alınmır".

Sənətçi saç formasını tez-tez dəyişməsi haqda isə bunları deyib:

“Elə dövrdəyik ki, saçı istədiyin formaya sala bilirsən. Müğənniyəm, hər dəfə fərqli olmaq lazımdır. Eynilik məni yorur, dəyişməyi sevirəm”.

Qıpqırmızı qızarırdım - Sevda+fotolar



(səs: 1)
Şərhlər: 8
Baxılıb: 1 800
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri