Nişanlım mənə dayə ilə xəyanət etdi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 312
Səs ver:
(səs: 0)
Məşhur aktrisa Sienna Miller "Porter" jurnalına müsahibə verib.

34 yaşlı aktrisa qalmaqallı şəkildə ayrıldığı eks-nişanlısı Jude Law barədə etiraflar edib.

Kino ulduzu keçmiş sevgilisini hələ də sevdiyini bildirib:

"Bir-birimizi əvvəlki kimi görmürük. Ona həddindən artıq dəyər verirəm. Judenin həyatımda rolu böyükdür, ürəyimdə xüsusi yeri var. 2005-ci ildə nişanlanmışdıq, ancaq birinci həyat yoldaşımdan dünyaya gələn övladımın dayəsini sevdi, mənə xəyanət etdi.

2006-cı ildə yollarımızı ayırdıq. Bir-birimizə çox yaraşırdıq, ayrılığımız pərəstişkarlarımızı kədərləndirdi. Law etdiyi xəyanətə görə məndən üzr istədi, artıq gec idi. 2009-cu ildə yenidən sınamaq istədik. Amma bu sınaq da uğursuzluqla nəticələndi və ayrıldıq".

Təxminən 1 il əvvəl son nişanlısı Tom Sturridge-dən də ayrılan Miller artıq heç kəslə münasibət qurmaq istəmir:

"Etiraf edim ki, bütün sevgimi qızıma ötürürəm. Yenidən ana olmaq istəyirəm, qızım da qardaşının olmağını istəyir. Amma bu barədə qəti qərar verməliyəm".
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 312
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri