Ərimin yataq xəstəsi olduğunu bilib mənə əxlaqsız təkliflər edirlər - Həyat hekayəsi Daha ətraflı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 17 182
Səs ver:
(səs: 1)
Təranənin (ad şərtidir) 33 yaşı var. İki övlad anasıdır. Qızının 5, oğlunun 7 yaşı var. Orta təhsillidir və 8 ildir sevdiyi Rizvan bəylə ailəlidir. Dediyinə görə Rizvan bəylə ailə qurmasına nə onun, nə də həyat yoldaşının valideynləri razılıq verməyiblər. Amma ailələrin bu izdivaca qarşı çıxmasına rəğmən, qoşulub qaçıblar. Evlilik həyatının ilk illərində hər şey qaydasında imiş. Rizvan da Təranə kimi orta təhsillidir. Ancaq ailəsinə, övladlarına bağlı adamdır. Təranə deyir ki, iki il öncəyədək həsəd aparılacaq ailələrdən sayılırmışlar. Elə Təranəyə inansaq, indi də belədir. Sadəcə, Rizvanın səhhətində yaranan qəfil problem ailəni çətin duruma salıb: "İki il əvvəl Rizvan böyrəyindən şikayətlənməyə başladı. Həkimə apardıq, məlum oldu ki, böyrəyin biri sıradan çıxıb, o biri də yaxşı işləmir. Olub qalanımızı töküb müalicə etdirdik. İndi də müalicəsi davam edir. İki gündən bir dializə aparıram. Amma böyrək köçürülməlidir. Donorumuz var, amma bu əməliyyata ən azı 10 min manat lazımdır". Təranənin sözlərinə görə, yaxın aylaradək xadimə işləyirmiş. Amma həyat yoldaşı xəstəxanada olduğu müddətdə bir neçə gün onun yanında qalmalı olur və buna görə də işlədiyi yerin rəhbərliyi onu işdən uzaqlaşdırır: "Üç aydır işləmirəm. Maddi durumumuz getdikcə pisləşir. Yoldaşımın da aqibətinin necə olacağı bəlli deyil". Qəhrəmanım maddi çətinlik ucbatından pis yola düşən qadınlara səslənir. Deyir ki, heç nə insanın namusundan üstün deyil: "Ərimin xəstə olduğunu bilib mənə müxtəlif təkliflər ediblər. Daha doğrusu, kimlərdənsə xəbər göndəriblər. Xəbəri gətirən adama demişəm ki, heç elə bil bu sözü eşitməmisən. Halbuki o təkliflərdən birini qəbul etsəydim, indi uşaqlarımın qarnının dərdini çəkməzdim. Hazırda iş axtarıram. Xadimə işi olsa daha yaxşı. Çünki bunu daha yaxşı bacarıram. Bir daha deyirəm ki, beş gün rahat yaşamağa görə namusunuzu ləkələməyin. Ən azından övladlarınızı düşünün".
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 17 182
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri