Toy gecəsi rəzalət: Bakirə olmayan qızın başına gələnlər...

Müəllif: NoName
Şərhlər: 12
Baxılıb: 40347
Paylaş:
Səs ver:
(səs: 1)
Şirvan Apelyasiya Məhkəməsinin cinayət işləri üzrə kollegiyasında seksual xarakterli zorakılıq və xuliqanlıqda ittiham olunan rayon sakini, 30 yaşlı İ.Q.-nın cinayət işi üzrə məhkəmə keçirilib.

İttihama görə, İ.Q. Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 150.1 (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiqetmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham olunub. İ.Q. 2011-ci ilin yayında həmyerlisi A.Q. ilə ailə həyatı qurub. Amma evləndiyi qız bakirə olmayıb. İ.Q. toy gecəsi qızdan onun bakirə olmamasının səbəblərini soruşub. Gəlin uşaq ikən dayısı oğlu tərəfindən zorlandığını deyib. İ.Q. həyat yoldaşının düz dediyini yoxlamaq üçün ondan dayısı oğlunu məhkəməyə verməyi tələb edib. Lakin qadın bundan imtina edib və arada narazılıq yaranıb. Toy gecəsi İ.Q. qızı döyərək evdən qovub.

A.Q. ata evinə üz tutub. Övladlarının qan içərisində evlərinə döndüyünü görən Quluzadələr ailəsi polisə şikayət edərək qızlarını toy gecəsi İ.Q.-nin zorladığını bildiriblər. Bu hadisədən sonra İ.Q. qaçaraq gizlənib. 6 ay ərzində axtarışda olan İ.Q. ötən il dekabrın 25-də Biləsuvar rayonunda həbs edilib. O, polis şöbəsində dava salaraq, polisə tabe olmayıb və özünü yandıraraq intihar etmək istəyib. Həmin vaxt polis intihara cəhdin qarşısını alıb. Məhkəmədə ifadə verən İ.Q. elan olunan ittiham üzrə özünü təqsirli bilməyib. O, A.Q.-nın toy gecəsi bakirə olmadığını öyrəndikdən sonra onunla yaşaya bilməyəcəyini deyib və evdən çıxarıb.

Onun sözlərinə görə, bu səbəbdən də Quluzadələr ailəsi qisas almaq məqsədilə ona şər atıblar. Zərərçəkən qismində məhkəmədə ifadə verən A.Q. toy gecəsinə kimi bakirə olduğunu və təqsirləndirilən şəxsin onu zorladığını bildirib. Bu cinayət işinə Biləsuvar rayon Məhkəməsində baxılıb və İ.Q. 3 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmündən narazı qalan təqsirləndirilən şəxs və vəkili apelyasiya şikayəti veriblər.

Şikayətdə qeyd edilib ki, İ.Q.-nin təqsirləndirilən şəxs kimi əməlində cinayət tərkibi yoxdur. Onlar rayon məhkəməsinin hökmünün ləğv edilməsini və İ.Q.-nin barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər. Məhkəmədə müdafiə tərəfi seksual xarakterli hərəkətlərin müəyyən edilməsi üçün vəsatətlə çıxış edib. Vəsatət təmin edilib və cinayət işi üzrə Məhkəmə Tibbi Ekspertiza təyin edilib. Buna görə də proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

loading...
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 40347
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
gunay342
ALLAH BELANIZI VERSIN demekden basqa hec sozum yoxdu
8 iyun 2016 21:50
12
Offline
Ekizlerin mamasi
Bir meseleni anlamuramda toyu olubsa olasi hadisenin adina niye zorlanma deyirler.olarki ayri yox er arvaddilar artig.sorasudaki iglan gunahsizdisa ozunu niye subheli kimi aparir.birdeki tibbi ekspertiza var.en asan yolnan tapmaq olar
3 iyun 2016 12:18
11
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Offline
roksi1995
qarma qarışıq meseledir beynim qarisdi
3 iyun 2016 10:20
10
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Offline
Ayan
Toy gecesi zorlanmaq ne demekdi axi bes ne ucun eclenusfin toy gecesi oturub tv baxmaliydin bes?!
2 iyun 2016 22:11
9
Her gulusun arxasında bır keder vardır
Offline
YalniZ-ArZu
Cox qariwiq meseledi...bele gorunur ki,dayiogluya gozun ustunde qawin var deyen yoxdu.Oglanin kankret bawi xarabdi...gunahsizsansa ozuvu niye yandirirsan,niye qacib gizlenirsen?Bu cox wuphelidir.Qiz evinin ittihami da yersizdi,arvadin niye zorluyur ki?Tutaq ki,zorlayib ola biler,amma daha evden niye werleyib qovalayir?Ele tayli tayin tapib bu hekayede:)
2 iyun 2016 18:04
8
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
krisa
Bunu oxumusam,amma burada her iki terefde agil saridan catmir deyesen.dayioglu terefinden zorlanmaq,ne bilim toy gecesi zorlanmaq,ne bilim cemiyyetimizde nece insanlar var.Exlaqsizliq bas alib gedir.valideynler usaqlarinin terbiyeleri ile hec mesqul olmurlar ,bax hamisi bundan ireli gelir.artiq bu cür hadiseleri esidib,oxuyub adam iyrenir.Cox murdalciliq yayilib.Allah özü qorusun bizleri.Amin.
2 iyun 2016 17:23
7
Offline
Miss_Oxatan
Bu hadisenin evvelki gediwati haqqinda paylawilmiwdi.I.Q bele eledi A.Q ele eledi.onda da anlamamiwdiq sohbet konkret neden gedir))evvel beye deyib dayim oglu eliyib sonra dedesi ciyisi beyi mehkemeye verib ki,yox ele toy gecesi bey edib.beyin onda psixi problemleri var da haq halal arvadi ile munasibetde olub sonra tulluyub bayira.bunu hansi kiwi eder?edere ama onda da gerek ciddi sebebler olsun.ya nesil davasi olsa heyif cixar bey,ya zorla alar ana atasi bu cur heyf cixar yawamaq istemediyi ucun o qadinla,ya da dediyim kimi ruh hastasi olmalidir.beyin etdiyini qiz ve valideynleri iddiya edirse,onda bir sebeb gostersinler.mehkemede soruwmurlarmi er arvadina toyun sonunda etmesi wert olani her kes kimi edib sonra niye atib bayira?neyese esaslanmalidi da bu iddiya.dayisi oglu edibse gedin yapiwin onun bogazindan.eri edibse bir sebeb gosterin.
2 iyun 2016 17:22
6
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
yarpaq33
Cox qaranliq meseledir
2 iyun 2016 17:12
5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
Barbaris
oxumuwam ama qiza inanmadim
2 iyun 2016 17:03
4
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
vipbetul
qizi doyduyune gore ise baxila biler daha evden qolaiqina gore deyil
2 iyun 2016 16:46
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Bu hadiseni oxumusdum. Esl rezaletdir. Hansi gercek deyir anlamiram
2 iyun 2016 16:45
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Fi-Ra
Bunu oxumuşdum bir dəfə. Qıza inanasım gəlmədi
2 iyun 2016 16:18
1
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv