Aysel Teymurzadə və əri nazirlərlə bir arada - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 14
Baxılıb: 6 266
Səs ver:
(səs: 1)
Bu gün Azərbaycan Dövlət Filarmoniyasında dövlət xadimi, akademik Vəli Axundovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Gənclər və İdman naziri Azad Rəhimov və digər rəsmilər iştirak ediblər.

Yubiley gecəsinə eyni zamanda Azərbaycanın “Eurovision-2009”dakı təmsilçisi Aysel Teymurzadə də qatılıb. O, mərasimə həyat yoldaşı-Bakı Musiqi Akademiyasının fortepiano kafedrasının dosenti, pianoçu Murad Adıgözəlzadə ilə birgə gəlib.

Tədbirdə görüntülənən Aysel Teymurzadənin növbəti dəfə ana olmağa hazırlaşdığı da məlum olub.

Qeyd edək ki, cütlük 2013-cü ildə ailə həyatı qurub, onların 2 övladı var.

Aysel Teymurzadə və əri nazirlərlə bir arada - FOTOLAR




(səs: 1)
Şərhlər: 14
Baxılıb: 6 266
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri