Rəqsanə qızının nişan tarixini açıqladı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 383
Səs ver:
(səs: 0)
Müğənni Rəqsanə ismayılova qızı Aysuna nişan edəcək.

Açıqlama verən ifaçı mərasimin bu ayın 28-də baş tutacağını deyib:

“Hə” verilib, indi nişana hazırlaşırıq. Nişanı balaca qızım Yağmurun ad günündə edəcəm, yəni iyunun 28-də. Üzüklər həmin gün taxılacaq. Oğlan Türkiyə vətəndaşıdır və orada yaşayır, amma nişanı Bakıda edəcəyik”.

R.İsmayılova nişanın bir neçə gün davam edəcəyini bildirib:

“Şou-biznes olan məclisdə qonaqlar çox olur, nə otura, nə də yemək yeyə bilirlər. Qohum-əqraba üçün ayrı, şou-biznes nümayəndələri üçün ayrı məclis olacam. Xına mərasimi də edəcəm”.

Müğənni məclisin media üçün açıq olacağını da vurğulayıb:

“Onsuz da qapalı məclis etmək alınmır. Qonaqlar şəkil çəkdirir, sosial şəbəkədə yayır. Ona görə də niyə medianın xətrinə dəyim ki? Nəyim var ortalıqdadır, niyə gizlədim? Mənim xoş günümdür, gəlib çəksinlər”.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 383
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri