Bakıda həkim öz dostunun həyat yoldaşını belə zorladı

Müəllif: NoName
Şərhlər: 5
Baxılıb: 10426
Paylaş:
Səs ver:
(səs: 1)
Bakıda zorlama hadisəsi baş verib.

Baş vermiş hadisəni törədən şəxs Ankara klinikasının həkimi olub. Və işin faciəvi tərəfi odur ki, zorlanan elə həkimin dostunun həyat yoldaşı olub. Apardığımız araşdırma zamanı məlum olub ki, Ankara Klinikasının həkimi Elşən Tağıyev dostunun həyat yoldaşı Lalə Umudovanı (ad şərtidir) aldadaraq, cinsi əlaqəyə məcbur edib. Lalə Umudova bununla bağlı MTN-ə müraciət edərək bildirib ki, 2010-cu ildə qızı dünyaya gəlib və həmin vaxtdan ərinin dostu olaraq tanıdığı həkim-pediatr işləyən Elşən Tağıyevə müraciət edib. Elşən Tağıyev uşaq həkimi olaraq balaca körpəni müalicə edib, hətta bir dəfə ölümdən qaytarıb.

Lalə Umudova yazır ki, Elşən Tağıyevin yanına mütəmadi olaraq oğlu və qızını apararaq, onları müayinə etdirirmiş. Lakin günlərin birində həkim ona müxtəlif komplimetlər deyərək, uşaqlarına görə narahat olmamasını deməyə başlayır. «Uşaqları saxlayarkən yorulduğum üçün ərimlə bəzən narazılıqlar yaranırdı. Bir dəfə küsərək anam gilə gedərkən Elşən Tağıyevə uşaqların müalicəsinin hansı şəkildə davam etdiriləcəyi ilə bağlı SMS yazdım. O da mənə müalicənin hansı şəkildə aparılacağı barədə tövsiyyələrini verdi. Ardından da mənə evdə yaranmış söz-söhbətə görə, görüşə çağırdı və bu barədə söhbət etmək istədiyini bildirdi».

Zorlanan qadın qeyd edir ki, 14 oktyabr 2015-cü il tarixdə, saat 17:30 radələrində Elşən Tağıyev onu Qara Qarayev metrosunun yanında görüşə çağırıb, çay içmək istədiyini bildirib. «Onunla görüşdükdən sonra Bakıxanov qəsəbəsində yerləşən «Fidan» Şadlıq Sarayına getdik. Və orada mənim iradəmə əks olaraq zorla cinsi əlaqədə olduö. Daha sonra isə bildirdi ki, mənimlə ailə həyatı quracaq. Bu hadisədən sonra isə ərimlə münasibətlərim tam pozuldu və həyat yoldaşımdan ayrılmalı oldum». Məsələ ilə bağlı MTN-ə edilən şikayətin araşdırılması məqsədi ilə Sabunçu rayon Prokurorluğuna göndərilib.

JAM.AZ xəbər verir ki, bu ilin 3 dekabrında işi araşdıran kiçik ədliyyə müşaviri Əsvər Cəfərov materialı nəzərdən keçirdikdən sonra onun təmin edilməməsi barədə qərar çıxarıb. Prokuror Əsvət Cəfərovun bu qərarı nəyə əsaslandığını müəyyənləşdirmək bir qədər çətin olsa da, onun nəzərdən qaçırdığı çox ciddi mətləblərin olduğu gün kimi aydındır. JAM.AZ-ın araşdırmaları zamanı bəlli olub ki, Elşən Tağıyevin Lalə Umudovaya yazdığı SMS-lər ümumiyyətlə araşdırılmayıb və nəzərə alınmayıb. Digər tərəfdən, «Fidan» Şadlıq Evinin adının bütün Bakıda məşhur olduğu halda, Elşən Tağıyevin L.Umudovanı məhz ora aparması məsələsi də kifayət qədər müəmmalıdır. Çünki həmin şadlıq evinin adı dəfələrlə əxlaqsızlıq yuvası statusuna qarışıb. Mövzu ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

loading...
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 10426
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Marta
Hec uzulmedim lap yaxsi olub. Qus beyinli axmaq erinle dava etmisen dedenin xarabasina get ol qal orda basqa kisilerle cay icmeye niye gedirsen?! Utanmaz utanmaz bir aleme de yayirsan ama senin caninin agrisi bellidi yeqin seni alacam deyib almiyib ona gore sikayet etmisen. Heyif o usaqdan...
8 iyun 2016 18:00
5
Немного терпения, и у тебя все получится..
Offline
Barbaris
qadindadir gunah sen durub onan cay icmeye sora fidan sarayina gedirsen sora zorladi deyirsen ewi inanmadim Allah bilir konullu olub oglanda evlenmiyib aldadib diye sikaye edib
8 iyun 2016 15:30
4
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
vipbetul
burda qaadindadi giclik niye gore sen basqa kisiye inanmirsanki basinada bu cur oyun gelir hele basqasin gore evini ailenide daqidirsan o cur exlaqsiz kisilerede bir defelik ders verilmelidirki her bir kisi ders cixarsun
8 iyun 2016 14:11
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
yarpaq33
Qadin ozunu temize cixarmaga caliwsada alinmayib hekimle smslewmekde nedir ozude bir kiwiyle Anasinin evine geden kimi tez xeberde veribki erimle aramizda problem var sonrada goruwe gedib Qadin ozu wive verib iw hedeqeden cixdiqdan sonrada temiz ad ucun polise wikayet edib ozu oz zibilinin ustunu acib Allah belalarini versin exlaqsizlarin sayi getdikce artir
8 iyun 2016 13:56
2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
BARBI
Insi bilmedim hansi dogru deyir. Eger bu isi tutubsa allah belasini versin
8 iyun 2016 13:04
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv