Bir qadın cin mənə ilişib, göz verib, işıq vermir... -Şok açıqlama

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 128
Səs ver:
(səs: 0)
Yadplanetlilərin Yer sakinləri ilə təmas yaratması, hətta bu təmasın intim münasibətə qədər yüksəlməsi barədə xəbər yaymışdı. Cəmiyyətdə belə bir sual yarandı ki, görəsən, Azərbaycanda da yadplanetlilərlə əlaqədə olan, yaxud sevgi münasibəti yaşayanlar varmı?

Adıçəkilən sayt bu sualla elmi-lədun araşdırmalar aparan, otuzdan çox kitabın müəllifi Paşa Yaquba müraciət edib. Müsahib bu mövzuda rastlaşdığı hadisələri belə danışır:

- Bir gün Vüsal adlı tanışım (ad şərtidir) mənə müraciət etdi ki, qəribə bir hadisə ilə rastlaşmışam, çox əziyyət çəkirəm, sən dini mövzuda tədqiqatçısan, mənə bir məsləhət verə bilərsənmi?
Dedim nə məsələdir? Dedi bir qadın cin mənə ilişib, göz verib, işıq vermir. Daim yanımda gəzir, gecələr də mənimlə yatır, cinsi əlaqədə oluruq. Yanımda gəzdiyini məndən başqa heç kəs görmür. Mağazaya gedəndə mənə deyir nə istəyirsən götür, pul vermə, satıcıya de ki, ödədim, o da təsdiq edəcək ki, ödəmisən; istəsən "zdaç" da istəyə bilərsən. Mən bunun doğruluğunu dəfələrlə yoxladım: cin yanımda olarkən, siqaret alıb, satıcıya pul vermədən dedim ki, əllilik vermişdim, pulun qalığını qaytar. O da siqaretin pulunu "çıxıb", "qalığını" qaytardı. Amma sonralar bu halları təkrar etməyə vicdanım yol vermədi. Gecələr məni çox yorduğuna və insan qadınlara qısqandığına görə ondan aralanmaq istəyirəm, bacarmıram, bir məsləhət verərsənmi?

Dedim o cin qadın müğənni filankəsə bənzəyirmi? (Müəyyən səbəblərdən müğənninin adını çəkmirəm.)
Dedi hardan bildin, yoxsa sən də görmüsən?
Dedim yox, səndən qabaq da birinə ilişmişdi. Həmin adam cinin bütün əlamətlərini təsvir etdikdən sonra dedi kopya müğənni filankəsə oxşayır. Ondan yadımda qalmışdı. Gördüm sənin sadaladığın əlamətlərlə onun dedikləri üst-üstə düşür...
Nə isə, oğlana bəzi tövsiyyələr verdim, ondan sonra qadın cin bir də onu narahat etmədi.

Vüsal onu da deyirdi ki, qadın cin məni həyatdakı insan qadınlara qısqanırdı. Yəni, oğlan hansı qızla tanış olurmuşsa, cin gedib ona toxunurmuş, həmin qızlar ya ağır xəstəliyə düçar olurmuşlar, ya da başlarına pis işlər gəlirmiş... Ona görə də oğlan daha heç bir qıza yaxın durmaq istəmirmiş ki, qızlar bədbəxt olmasınlar.
- Paşa bəy, tədqiqatlarınız zamanı başqa bu kimi hadisələrlə rastlaşmısınızmı?

- Rayonların birində tədqiqat apararkən, qonaq qaldığım evdə ailənin gənc qıznı 20 ildən artıqdır ki, cinlər qaranlıq otaqda əsarətdə saxladıqlarının və heç kəslə təmasda olmağına icazə vermədiklərinin şahidi olmuşam. Ailə elə bilir ki, qıza vergi verirlər və nə vaxtsa, o xüsusi qabiliyyətə sahib olub, pul qazanacaq... Amma mən orada qonaq olarkən, qızın yatdığı qonşu otaqda nəyin baş verdiyini başa düşdüm və qızın halına ürəyim ağrıdı. Müqayisə üşün deyim ki, erməni əsirliyində olmaq, cinlərin əsarətində olmaqdan daha şükürlüdür...

Bir vacib və gizli məqama da diqqətinizi cəlb edim ki, baxıcılıqla (qara magiya ilə) məşğul olanların hamısının yolu bu cür əsirlikdən keçir. Sonra təmasda olduqları imansız cinlər onlara zaman-zaman informasiya ötürürlər. Onlar da həmin informasiyaları gələn pasiyentlərə ötürməklə pul qazanırlar.
Onu da deyim ki, onların verdikləri informasiyaların bəziləri düz olur (kartla, kofeylə, şamla baxan "şeytan"lar da belədir). Çünki, "Quran"da buyrulduğu kimi, şeytan insanları hər yerdə görə bilir və gördüklərini də əsarətdə saxladığı maqa xəbər verir... Bütün bunlar "İnək" surəsinin 102-103-cü ayələrində geniş izah olunduğundan və "Məhəbbət ili" kitabımda bu barədə şərh verdiyimə görə burada çox danışmıram.

Bir vacib məqamı da qeyd edim ki, bu gün cəmiyyətin əksər hissəsi neqativ təsirə məruz qalıblar və bundan əziyyət çəkirlər. Ən maraqlısı da budur ki, bu işlərin (fitnə-fəsadların) çoxusunun törədicisi qadınlardır. Onlar bunu edərkən elə bilirlər ki, xoş bir missiya həyata keçirirlər. Belə ki, onlar xoşladıqları bir kişi ilə münasibət qurmaq istədikdə, bunu birbaşa kişiyə deməkdənsə, gedib cadugərə (maqa) deyirlər. O da öz növbəsində bu işin onunçun heç bir problem olmamasını, hər şeyi həll edəcəyini deyir. Və "gərəkəni yapır".
Elə bütün bəlalar da bundan sonra baş verir.

- Nə baş verir?

- O baş verir ki, kişinin həyatında bütün işlər düyünə düşür: maddiyyatı azalır (və yaxud kəsilir), səhhəti pozulur (və müalicə effekt vermir), məhəbbət hissin itirir (əks cinsə həvəsi ölür), həyat eşqi, yaşamaq həvəsi olmur, insan intihara meylli olur, həmişə qəmli olur, özünə qapanır və s.

Nəticədə bu tilsimi elətdirən qadının bütün gözləntiləri boşa çıxır. Əvvəllər həmin kişi ilə arada bir kofe içirdilərsə, bundan sonra o da olmur. Çünki, kişidə o qədər problem yaranır, ən əsası da bütün qadınlara qarşı həvəsi elə ölür ki, nəinki başqa qadınlarla, heç evdəki qadını ilə də normal münasibət qura bilmir.

Ona görə də qadınlara məsləhət görərdim ki, hansısa kişidən xoşları gələndə ona eşq elan etməyi vacib bilirlərsə, bunu birbaşa etsinlər. Hansısa maqın (görücünün, falçının...) vasitəçiliyindən heç vaxt istifadə etməsinlər. Bu qanmaz uşağı kiritmək üçün əlinə qranat verməyə bənzəyir. Gec-tez həmin qranat patlayıb fəsad törədən kimi, magiya da insan həyatına daim neqativ enerji verməklə, fəsadlar törədir.
Həm də insanın etdikləri bir gün bumeranq kimi mütləq qarşısına çıxır. Odur ki, gözəl əməllərlə məşğul olaq ki, qarşımıza da həmişə xeyir çıxsın!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 128
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri