Günəş:"Ərim fahişə saxlayır, əri isə arvadını ərimə satır" - ŞOK

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 12 120
Səs ver:
(səs: 1)
Həqiqətən çox maraqlı, başqalarına bənzəməyən bir xəyanət məktubunu dərc edirəm .

Bu hekayədə ən çox diqqətimi çəkən, xəyanətə məruz qalan hər bir qadın, əslində əri tərəfindən deyil, bir başqa qadın tərəfindən xəyanətə uğrayır" sözü oldu. Həm kişilərin, həm də qadınların dərs alacağını düşünürəm.

Xəyanətin dözülməz yüngüllüyü

Dəyərli Qadınlar.Biz saytı, adım anonim qalsın, amma yaxınlarım mənə Günəş deyir, sizdə elə bilin. Saytınızı izləyir və çox zaman paylaşılan məktubların eyni olduğunu düşünərdim.
Bu gün sizə, iki il ərzində bir xəyanətə uğrayan biri kimi yazacağımı heç vaxt düşünməmişdim.
Xəyanətə məruz qalan qadınlar karvanının bir yolçusu olaraq, mənim halımdakı xanımlara, xəyanət edən müəllimlərə və qadınlara müraciət etməyə qərar verdim.
Həyat yoldaşımla bizim hekayəmiz, çox tanınan bir hekayə deyil. Ikimizin də ikinci evliliyidir. Ən böyük qazancımız, ilk ailələrimizdə səhv seçdiklərimizin bizə bir övlad vermiş olmasıdır.
Ailəmizin nə qədər əhəmiyyətli olduğunu deyir, yaratdığımız yuvanın çox xoşbəxt olduğunu dəfələrlə təkrar edərdim.
Aramızdakı böyük məhəbbət və bağlılıq güman edirdim heç vaxt bitməyəcək. Biz ruh əkizi kimiydik. Amma 12 illik nəhəng evlilik ən böyük yaranı aldı.
Bu yaranın üstündən keçən zaman, suların az da olsa durulmasını təmin etdi, amma ürəkdəki qırıqlar sağalmaq bilmir.

MƏNİM ƏRİM KAŞ BELƏ BİR ADAM OLMAYAYDI

Özümü günahlandırmıram. Bilirəm ki, bu baş verən iyrənc hadisənin yeganə məsum tərəfi mənəm. Artıq daha sakit düşünürəm. Çünki həyat yoldaşımın əslində iyrənc bir oyunun hissəsi olduğunu anlamağımın verdiyi rahatlıq içindəyəm.
Pis, hiyləgər və daha sonra əri tərəfindən satılan başqa bir qadın, mənim həyat yoldaşımı özünə min cür oyunlarla, ehtirasını istifadə edərək bağlayıb.
O Qadının əri də ən az onun qədər əclaf biridir.

Həyat yoldaşım indi çox peşmandır. Özünü günahlandırıb davamlı ləkəsini yadına salaraq, düşdüyü vəziyyət qarşısında reaksiyasını göstərməyə çalışır. Özünü ağıllı zənn edən bir adamın, əslində nə qədər aciz olduğunu dərk etməsindən qaynaqlanır bu peşmançılıq.
Əslində həyat yoldaşımı bu halda görmək mənim üçün böyük bir əzabdır. Mən onun ağlını, ürəyini sevmişdim. Bu qədər sadəlövh olacağını görməyi heç istəməzdim.
Məni ən çox, ani zövqlər uğrunda nələr itirdiyini başa düşdüyü hazırkı ləkəsi kədərləndirdi. Ərim belə bir adam olmayaydı.
Xəyanətə məruz qalan hər bir qadın, əslində əri tərəfindən deyil, bir başqa qadın tərəfindən xəyanətə uğrayır.
"Hər kişi təbiətin qanunu gərəyi bir başqa qadınla yatmaqda çox həyəcanlanir" deyirlər. Təəssüf ki doğruluğunu yaşadığım xəyanətlə anladım.
Anlamadığım isə, bir kişinin arvadını həm çox sevib, həm də yalnız və yalnız fiziki arzularını təmin etmək üçün bir başqa qadına getməsidir.
Bax mənim də tək bağışlamadığım, qəbul etmədiyim budur.
"Boşanaq, get iki ildir ki, yaşadığın o qadınla ol" deyəndə, belə bir şeyin heç vaxt olmayacağını deməsi çox maraqlıdır.

AĞRIDAN QOVRULURAM NƏFƏS ALA bilmirəm


Cəmiyyət içində qoluna taxıb gəzəcəyi, pul ödəyib bədənini satın aldığı bir qadın üçün bu qədər kədəri, ləkəni yaşamağa dəyərmiydi?
İndiki halından dəymədiyini bilirəm artıq, "Kaş ki heç baş verməsəydi" deməsini eşitmək, içimdəki ağrını təəssüf ki azaltmır . Ağrıdan sanki qaynar yağın içində qovruluram. Nəfəs ala bilmirəm.
Onu tərk etməyimə sadəcə kiçik bir addım qalmışdı. Bu addımı atmazdan öncə, puzzlenin həll etmədiyim bir hissəsi olan qadının ərinə zəng elədim. Ərinin dedikləri ağlımı başıma gətirdi.
"Arvadın səni aldadır, həm də yalnız mənim həyat yoldaşımla deyil, bir çox kişilərlə əlaqəsi var" deyəndə, adam "Mənə fərq etmir, mənə əsas pul lazımdır, pulumu axşam evə gətirsin, kiminlə necə harda istəyir görüşsün və sevişsin" deyə cavab verdi! Bu sözlərdən sonra sanki qaynar su tökdülər başıma.
Ərinə "Mənim sizin kimi əxlaqsız insanlara buraxacaq ərim yoxdur" deyəndə, o anda həyat yoldaşıma bir şans daha verməyə qərar verdim.
Içim yanır. Ailə olmaq üçün verdiyim mübarizəyə inancımı itirmişkən, bu şans mənə və həyat yoldaşıma nələr gətirəcək indidən bilmirəm.
Eynilə iki ildir yaşadığım xəyanəti bilmədiyim kimi .ama bu dəfə hər cür nəticəyə hazıram. Mübarizəyə davam.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 12 120
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri