Model sevgilisi icra başçısını rüsvay etdi: 70 yaşı var, babam yaşındadır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 327
Səs ver:
(səs: 0)
Model-aktrisa Əfsanə Qasımova bir müddət öncə açıq-saçıq fotolarının mətbuata çıxmasıyla, ardınca isə adının keçmiş icra başçısıyla hallanmasına görə gündəmə gəlmişdi. Bu günlərdə isə Qasımova yeni fotosessiyasını təqdim edib. Aktrisa-model həmçinin saytın suallarını cavablandırıb.

- Əfsanə xanım, bir müddət öncə sosial şəbəkələrdə, həmçinin mediada çox aktiv idiniz. Sanki son günlər bir qədər geri çəkilmisiniz.
- Haqlısınız ki, bir müddət öncə daha fəal idim. Amma indiki duruma da geri çəkilmək deməzdim. Sadəcə, başım işlərimə qarışıb. Hazırda ATV-də "Qız atası" serialına çəkilirəm, eyni zamanda model kimi fəaliyyətim var. Sentyabrdan da dövlət qurumunda işə başlayacağam.

- Bəlkə qeyri-fəallığınızın bir səbəbi də budur.
- Bilirsiniz, dövlət qurumu elədir ki, burada hər addımına diqqət etməlisən. Bəlkə də o səbəbdən müəyyən çərçivələri özüm özümə təyin etmişəm.

- İndiyə kimi o çərçivələr yox idi?
- Var idi, amma bu qədər yox.

- Adınız Cəbrayılın keçmiş icra başçısıyla da hallanırdı.
- O söhbət yadıma düşəndə hələ də gülürəm. Səhv etmirəmsə kişinin adı Mahmud idi.

- Bəli, Mahmud Quliyev.
- Düzdür, sevgidə, münasibətlərdə yaşın fərqi yoxdur. Amma bu qədər də yox da. O kişinin 70 yaşı var, babam yaşındadır.

- Təqdim etdiyiniz fotosessiyadakı maşın özünüzündür?
- Xeyr, yaxın bir dostumundur. Özüm isə avtomobil idarə etmirəm.

- Bacarmırsınız?
- Bacarıram, amma sürücü idarə edir.

- Niyə Azərbaycanda model deyəndə belə düşünülür ki, filankəsin sevgilisi, filankəsin məşuqəsidir?
- Bu mənim ən yaralı yerimdir. Ancaq görünür insanlar daha çox belə görürlər. Hər halda insanın biriylə münasibətinin olması çox normaldı. Əsas odur ki, kiminsə evini, ailəsini dağıtmayasan.

- Yeri gəlmişkən, şəxsi həyatınızla bağlı vəziyyət necədir?
- Onu deyə bilərəm ki, hər şey qaydasındadır.

Model sevgilisi icra başçısını rüsvay etdi: 70 yaşı var, babam yaşındadır





(səs: 0)
Şərhlər: 9
Baxılıb: 3 327
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri