Döyüşən azərbaycanlı qadın: "Zorla cinsi əlaqəyə girdim" FOTOLAR

Müəllif: NoName
Şərhlər: 9
Baxılıb: 9145
Paylaş:
Səs ver:
(səs: 1)
Hakimin suallarını cavablandıran şəxs onu Suriyaya aparan yollardan da söz açıb.

“Kürd qüvvələriylə döyüşlərdə əsir düşdüm. Əsirlikdə olanda gördüm ki, kürd qadınlar düşərgədə qulluqçu kimi işləyir. Orada kürd qadınlarla cinsi əlaqəyə girmək və başqa məqsədlər üçün istifadə olunmuşam”.

BiG.AZ Azadliq radiosuna istinadən xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi davam edən Rufan Ağcabəyov deyib.

Suriyada Bashar al-Assad rejiminə qarşı döyüşməkdə ittiham olunan Rufan Ağcabəyovla Marfin Vladimirin məhkəməsi 1 aya yaxındır ki, davam edir.

Rufan əsirlikdə olarkən başına gələnlərdən danışarkən deyib ki, saxlandığı düşərgədə hər gün kürd qadınlarla zorən cinsi əlaqəyə girib. Hakimin suallarını cavablandıran Rufan onu Suriyaya aparan yollardan da söz açıb:

“Mən ora Orxan adlı bir nəfərin vasitəçiliyi ilə, Türkiyədən keçərək gedib çıxmışdım. Xeyli azərbaycanlı vardı. İşimin adı “camaat”ın yerləşdiyi inzibati binaya gecə və gündüz keşik çəkmək idi. Silah da vermişdilər – “AK-74” avtomatı... Ümumiyyətlə, orda vəziyyət belədir - Suriya ərazisində“Azəri camaatı” iki yerə bölünür.

Bir hissəyə Abu Yəhya, ikinci hissəyə Xalid başçılıq edir. Abu Yəhyanın dəstəsində 70-80, Xalidin dəstəsində 15-20 azərbaycanlı var. Mən Xalidin dəstəsindəydim. Xalidin dəstəsi hələ yeni yaranmaqdaydı. “Azəri camaatı”nın tərkibi təkcə azərbaycanlılardan ibarət deyildi. “Camaat”da Dağıstandan və başqa yerlərdən müxtəlif millətlərdən olan insanlar cəmləşib”.

Təqsirləndirilən şəxs danışır ki, getdiyi gündən qoruduğu qərargahda - Atma qəsəbəsindəki yüksəklikdə olub. Qərargaha keşik çəkdiyi müddətdə Xalidin yanına xeyli azərbaycanlının gəlib getməsinin şahidi olub.

O, ifadəsində göstərib ki, ərəb şeyxləri tez-tez “Camaat”a yardımlar göndərirmiş.

Əsir düşdüyü müddəti isə həyatının ən ağır günləri hesab edir. O, əsirlikdə olarkən düşərgədə kürd qadınlarının xidmət göstərdiyini, əsirlərin həmin qadınlarla zorla cinsi əlaqəyə məcbur edildiyini də deyir.

Rufan Suriyaya hansı marağa görə getməsi ilə bağlı suala “orda gündə üç dəfə pulsuz yemək və 750 Suriya pulu verilirdi” deyə cavab verib.

O, bildirib ki, Xalidin və Abu Yahyanın dəstəsinin məqsədi İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qoşulanları ərzaq və hərbi geyimlərlə təmin etmək, həmin ərzaqları və geyimləri qaçaq yolla Suriyaya keçirmək olub.

Əslən Xaçmaz rayonundan olan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov da Suriya döyüşlərindən birində öldürülüb. Hər iki qardaş Qarabağ müharibəsi iştirakçıları olub.

loading...
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 9145
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Fi-Ra
Kul senin basva. Basqa soz gelmedi icimnen yazim sene.
4 iyul 2016 12:43
9
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Offline
lili)
menim qadinlara yaziqim geldi isgencedi goz gore gore
4 iyul 2016 11:48
8
Offline
vipbetul
Allah uzaq elesin o cur yerlere esir dusmekde o cur insanlarin yaninda xidmet etmekde boyuk gunahdir
3 iyul 2016 19:16
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Kölge
Bu da qalmişdi eşitmeyek... .
3 iyul 2016 18:53
6
Her şeye gore şukur
Online
aziz a
Kul senin basina.Qarabagda sehid olan esgerlerimizin ruhu onunda Bas eyirem .utanin olun sizi ki Azerbaycanli adi dasiyirsiz..heyif vetenimden!!!
3 iyul 2016 16:46
5
Rebbim kömek olsun cümlemize Amin
Offline
BARBI
Yaziq qadinlara ne qeder zulm edibler.
3 iyul 2016 16:17
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Online
YalniZ-ArZu
Belelerine yazigim gelmir...
3 iyul 2016 14:55
3
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
qanadli melek
Insanin bawina ne gelir agilsizliqinan gelir
3 iyul 2016 13:57
2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
Ekizlerin mamasi
Oz agilsizligi ucbatindan gedib dusub cehenneme.oturmusanda veteninde evinde,qardsida orda olub gelen birinin ancaq agli bu qeder isleyerki ozude yene oz ayagiynan gedib duse ora
3 iyul 2016 12:34
1
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv