Ata qızını zorlayıb, qız isə həmin anı videoya çəkib - Hövsanda

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 34 454
Səs ver:
(səs: 2)
Suraxanı rayonu Hovsan qəsəbəsi ərazisində tükürpədici hadisə baş verib. Suraxanı qəsəbəsində yaşayan 53 yaşlı kişi dəfələrlə 21 yaşlı qızı ilə cinsi əlaqədə olub.

Gənc qız atasının ona etdikləri və cinsi əlaqədə olması barədə anasına bildirsə də, anası buna inanmayıb. Buna görə də o, riskli addım atmağa məcbur olub və atasının onunla necə cinsi əlaqədə olmasını lentə almağa qərar verib.

Yataq otağında quraşdırdığı kamera vasitəsi ilə bütün cinsi əlaqəni lentə alıb. Sonra lenti Suraxanı rayon 30-cu Polis Bölməsinə təqdim edib. Lentin surətini anasına və bacısına göstərib.

İfşa olunan kişi evdən gedib və geri qayıtmayıb. Polis Bölməsi toplanmış materialları dərhal Suraxanı rayon prokurorluğuna təqdim edib. Ata və övladı arasında olan cinsi əlaqənin görüntüləri acıq-sacıq və etik normalardan kənar olduğundan təqdim edə bilmirik.
Prokurorluqdan APA TV -yə bildirdilər ki, hadisədə təqsirli bilinən 53 yaşlı şəxs dindirilib və sərbəst buraxılıb. Bildirildiyinə görə, 53 yaşlı ata bu ilin fevral ayından qızı ilə cınsi əlaqədə olmağa başlayıb.
(səs: 2)
Şərhlər: 12
Baxılıb: 34 454
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri