Həbsxananın seks həyatı necə tənzimlənir?

Müəllif: NoName
Şərhlər: 14
Baxılıb: 294768
Paylaş:
Səs ver:
(səs: 4)
Cəza müəssisələrində məhbus həyatı yaşayanların kimlərlə görüşünə icazə verilməsi, onların intim həyatı, məhbəsin daxili qaydaları çoxlarına maraqlıdır. Xüsusilə də Şəmkir rayonunun keçmiş icra basçısı Aslan Aslanovun oğlunun qətlində təqsirli bilinərək məhkum olunmuş Lamiyə Quliyevanın dünyaya övlad gətirməsindən sonra həbsxanadakı qaydalar və onlara hansı formada riayət olunması məsələsi gündəmə gəlib.


Qadın və kişi məhbusların ayrı cəzaçəkmə müəssisələrində saxlandığı, nəzarətçilərin də müəssisə sakinləri ilə eynicinsli olduğu halda məhbus qadının uşaq dünyaya gətirməsi suallar doğurur. Bu və ya digər halların qanuni və ya qeyri-qanuni olduğu məqamlara aydınlıq gətirməyə çalışdıq.

“Şəxsin razılığı olarsa, zorlama sayılmır”

Hər iki cins üçün ayrıca cəzaçəkmə müəssisəsinin olduğunu xatırladan İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyir ki, məhbusların görüşü müəyyən qaydalar çərçivəsində baş tutur: “Məhbusların müəyyən qrafik əsasında görüş keçirməsinə heç bir məhdudiyyət yoxdur. Yaxın dost-tanış üçün qısamüddətli görüş var və bu, nəzarətçinin müşayiəti ilə baş tutur. Belə görüşlərə kameralar vasitəsilə də nəzarət olunur. Bir də uzunmüddətli görüşlər var ki, belə görüşlərə yalnız ailə üzvləri gələ bilər. Ər-arvad görüşü də uzunmüddətli görüşə daxildir və yalnız nikah kağızı əsasında baş tutur. Yəni onların ər-arvad olduğunu təsdiqləyən sənəd olmazsa, uzunmüddətli görüşə icazə verilə bilməz. Ər-arvadın görüşdüyü otaqlarda kamera quraşdırılmır, çünki bu, onların hüquqlarına ziddir, şəxsi həyata müdaxilə sayılır”.

Zorlamanın şəxsin iradəsinin əleyhinə hadisə sayıldığını deyən müsahibimizin sözlərinə görə, əgər bu, razılıqla baş versə, zorlama deyil: “Əgər şəxsin cinsi əlaqədə olmaqla bağlı razılığı varsa, bu türmədə də nikahdankənar baş verə bilər. Şəxsin özünün razılığı varsa, o istənilən adamla görüşə bilər”.

“Qadını günahlandırmaq olmaz”
Qadın məhbusların qapalı şəraitdə saxlanmaları bir yana, nəzarətçilərin kişi yox, qadın olması həbsxanada cinsi münasibətləri qeyri-mümkün edən amil sayılır.

Hüquqşünas Müzəffər Baxışov deyir ki, məhz bu səbəbdən məsələ mütləq araşdırılmalıdır. Çünki bunda Penitensiar Xidmət əməkdaşlarının da nüfuzuna xələl gətirən nüanslar var: “Təcavüz nəticəsində qadın hamilə olubsa, məsələ bu nöqteyi-nəzərdən mütləq araşdırılmalıdır. Yox, əgər xanım qanuni prosedurların imkan verdiyi şəkildə və könüllü olaraq kiminləsə əlaqədə olub, övlad dünyaya gətiribsə, bu məqamda Penitensar Xidmət və həmin qadını günahlandırmaq olmaz. Məsələnin əsas tərəfi təcavüz, zorlanma faktının olmasını araşdırmaqdır. Bu məsələdə müəssisə rəhbərliyinin vəzifəsindən sui-istifadə halları da ola bilər ki, buna görə cinayət işi başlamaq olar”.

“İctimai yükü olduğundan hadisə təhlil edilməlidir”

Hüquqşünasın sözlərinə görə, qadın və kişi həbsxanalarında nəzarətçilər eynicinsli olduğu üçün onların cinsi ehtiyaclarını yerinə yetirmələri çətindir. Amma müəssisələrdə müəyyən vəzifələr var ki, onu ancaq əks-cinsin nümayəndəsinə tapşırılır.

Ümumiyyətlə, məhbus qadının istəyindən asılı olaraq könüllü cinsi əlaqədə olması mümkündür və bu, qanunla qadağan deyil: “Yaşı 16-dan yuxarı şəxslərin istənilən şəxslə könüllü şəkildə cinsi əlaqəyə girməsinə məhdudiyyət yoxdur. Yalnız fahişəlik məqsədilə edildikdə İnzibati Xətalar Məcəlləsinin 108-ci maddəsinə görə, o, 80 manat cərimə olunur. Bu, həbsxanada baş verərsə, vəziyyətdən asılı olaraq hadisəyə qiymət verilməlidir.

Belə ki, əgər şəxs könüllü şəkildə cinsi əlaqəyə girirsə, buna görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulmayıb. Amma cəzaçəkmə müəssisəsinin işçiləri öz vəzifələrindən sui-istifadə ediblərsə, müəyyən təzyiq göstərməklə münasibətdə olublarsa, Cinayət Məcəlləsinin 149.1-ci və 308-ci maddəsinə görə cinayət məsuliyyəti daşıyırlar”.

Müzəffər Baxışov deyir ki, qanunvericiliyin tələblərinə görə, əslində prokurorluq orqanları belə hadisələri araşdırmalı, ictimai yükü olan və rəsmi qurumların nüfuzuna xələl gətirən faktı ətraflı təhlil etməlidir. Bu, yalnız kütləvi informasiya vasitələrinin araşdırmaları ilə məhdudlaşdırılmamalıdır.

“Gərək nikah şəhadətnaməsi olsun”

Qadın cəzaçəkmə müəssisəsində nəzarətçi vəzifəsində çalışan Rəna Həsənova (ad-soyad şərtidir) deyir ki, məhbusların yaxınları ilə ayda iki dəfə - 15 gündən bir qısamüddətli görüş, 3 aydan bir isə uzunmüddətli - 3 günlük görüş imkanı olur.

Sonuncu prosedurun ailələrə şamil edildiyini deyən nəzarətçinin sözlərinə görə, həbsxanada cinsi əlaqədə olmağa yalnız ər-arvadlara icazə verilir: “Bu, uzunmüddətli görüşlərə aiddir və 3 gün müddəti var. Bu müddət ərzində ər-arvad cinsi əlaqədə ola bilər və bunun üçün onlara şərait yaradılır. Amma gərək onların evliliyi təsdiq edən nikah kağızı olsun. Hətta nişanlı cütlüklərin belə uzunmüddətli görüşünə icazə verilmir”.

Həbsxana körpələri

Həbsxananın uşaqlı sakinlərinin taleyinə gəlincə, hazırda qadın cəzaçəkmə müəssisəsində körpəsi ilə yaşayan və ətrafında mübahisələr yaranan təkcə Lamiyə Quliyeva deyil.

Rəna Həsənova deyir ki, bütün körpə uşağı olan analar üçün müəssisədə xüsusi otaqlar var. Amma körpə uşağın olması cəza müddətinə və qaydalara təsir etmir. Bu, yalnız istisna hallarda amnistiya aktında nəzərə alına bilən səbəblərdən biri ola bilər.

Müsahibimizin sözlərinə görə, cəzaçəkmə müəssisələrində doğulan uşaqlar 3 yaşdan sonra analarının əlindən alınır. Uşaqda psixoloji travmanın yaranmaması üçünsə prosesə psixoloqlar cəlb olunur.

Azərbaycanda təxminən 350-400 nəfərə yaxın dustaq qadın olduğunu deyən nəzarətçinin sözlərinə görə, onların təxminən 70 nəfəri azyaşlı uşağa sahibdir.

Həbsxanada doğulan uşağın 3 yaşınadək cəzaçəkmə müəssisəsində ana ilə birgə qalmaq hüququnu qanunvericilik də tanıyır. Həmin müddət bitdikdən sonra uşaq ananın əlindən alınaraq ya ailə üzvlərinə, ya da internata verilir.

Naibə Qurbanova

/teleqraf.com/

loading...
(səs: 4)
Şərhlər: 14
Baxılıb: 294768
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Barbaris
Sitat: Miss_Angel
ALLAH uzaq elesin
4 avqust 2016 16:53
14
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
Miss_Angel
ALLAH uzaq elesin
4 avqust 2016 10:00
13
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Offline
Onun_Mələyi
Neise...bizdən uzaq---.....---

Sitat: _Gülər_üzlü_
Neise...bizdən uzaq---.....---

Allah hückesin yolnu ora salmasın dua Amin....
4 avqust 2016 01:30
12
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim
Offline
vipbetul
bu barede her kesin bilmesi vagibdir
3 avqust 2016 22:36
11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
NazNazi
Sitat: MODABAZ
Allah hec kıme bu yolu gostermesın

amin
3 avqust 2016 17:04
10
Offline
Ay_El
Allah bele seyleri bizden uzaq etsin
3 avqust 2016 14:37
9
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Offline
YalniZ-ArZu
oxumadim,maraqli deyil menimcun.

oxumadim,maraqli deyil menimcun.

oxumadim,maraqli deyil menimcun.

oxumadim,maraqli deyil menimcun.
3 avqust 2016 14:25
8
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
MODABAZ
Allah hec kıme bu yolu gostermesın
3 avqust 2016 14:17
7
Heyata daim gulmek lazimdii
Offline
Gülüş.
Allah uzaq,etsin
3 avqust 2016 13:15
6
Offline
Balacam
Sitat: ___Jasmin___
Sitat: Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.

amin

Amin.Allah uzag elesin
3 avqust 2016 11:08
5
Omur boyu məhəbbəti axtaranda var,onu tapanda həyatını itirəndə....
Offline
Totu
Allah bu yoldan qorusun hamını.amin hebsxana heyati cox cetindi
3 avqust 2016 11:04
4
Offline
___Jasmin___
Sitat: Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.

amin
3 avqust 2016 10:48
3


Aşk elbisesi en güzel sende duruyor ama ne acı terzin ben değilim
Online
BARBI
Allah komey olsun. Hebsxanada usaq dunyaya getirmek cox agir yukdur.

Cinsi munasibete geldikde evlidirse olar. Nigahdan kenar dogru dyil
3 avqust 2016 10:03
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
3 avqust 2016 09:32
1

Sən sadəcə mənimsən...!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv