Bakıda qızını öldürən ana: Onu zorlamışdılar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 9 227
Səs ver:
(səs: 1)
Sabunçuda 14 yaşlı qızını boğaraq öldürən anadan izahat.

Xəbər verdiyimiz kimi, bu gün Bakıda dəhşətli qətl hadisəsi baş verib. 1981-ci il təvəllüdlü Züleyxa Cəfərova qızı, 2001-ci il təvəllüdlü Ehsanə Cəfərovanı boğaraq qətlə yetirib.

Faktor.az xəbər verir ki, sputnik.az saytı hadisə ilə bağlı bəzi tükürpədici təfərrüatlar əldə edib.

Məlum olub ki, Cəfərova öz qızını (onun 3 uşağı var) hirsindən şarfla boğub. Qız anasına zorlandığını deyərək ondan kömək istəyib, ana isə əvəzində qəzəblənərək qızını öldürüb.

Ana istintaqa bildirib ki, belə bir biabırçılığa dözə bilməyib, ona görə də cinayətə əl atıb. Hazırda rayon prokurorluğunda fakt üzrə araşdırma aparılır.

Züleyxa Cəfərova ilə bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 9 227
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri