"Hələ də ürəyimin ağrısı keçməyib" - Xoşqədəm

Müəllif: Antikvar
Şərhlər: 8
Baxılıb: 1 550
Səs ver:
(səs: 1)
Aparıcı Xoşqədəm Hidayətqızı 6 yaşlı qızının döyülərək öldürülməsinə göz yuman qadının həbs olunması xəbərinə münasibət bildirib.

aparıcı bu cür qadınların analıq adından məhrum olunmasını tələb edib:

“Bir az əvvəl bu xəbəri oxudum. Hələ də ürəyimin ağrısı keçməyib. Bir ana öz övladına, həm də körpə, köməksiz, gücsüz, 6 yaşlı balaya necə əl qaldıra bilər? Yaxud da ata, o qadının sevgilisi necə 6 yaşlı uşağı ananın gözü qarşısında döyə bilər? Biri bunu mənə izah etsin.

O qızcığazın həsrətində olan nə qədər ailələr, analar var. Məncə övladını atan, öldürən qadınlar analıq hüququndan məhrum edilsin. Ən ağır cəza nədirsə, o verilsin. Hətta Avropada olduğu kimi digər övladları da əlindən alınsın.

Lənət olsun körpə, gücsüz, köməksiz, məsum körpələri atan, onlara əl qaldıran analara da, atalara da. Kaş ki bu xəbəri oxumasaydım.

Bir anlıq o körpəni döydükləri an gözlərimin önündə canlandı və düşündüm, görəsən, həmin an o yazıq qızcığaz kimi köməyə çağırırmış? Gözləri önündə dayanan və can parçasını bir kişiyə qurban verən ananı, yoxsa bir başqasını? Allah bəlanızı versin. Gücsüz bir körpəyə əl qaldıracaq qədər şərəfsizsiniz”.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 1 550
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri