"Ərim yatırdı, məni zorladılar"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 3 027
Səs ver:
(səs: 1)
Moskva sakini olan qadın polisə şikayətlənərək təcavüzə məruz qaldığını deyib.

Onun sözlərinə görə, hadisə əri mənzildə yatanda baş verib.

Milli.Az Bloknot-a istinadən bildirir ki, Moskvanın Tverskaya küçəsindəki evlərdən birində yaşayan qadının şikayət ərizəsi şəhərin mərkəzi polis idarələrindən birinə daxil olub.
Qadın yatdığı zaman animasiya personajının, Pokemonun təcavüzünə məruz qaldığını deyib.

Qadın uzun müddət "Pokemon Go" oyunu oynadığını, sonra yatdığını bildirib: "Ayılanda isə pokemon tərəfindən zorlandığımı gördüm. Dərhal telefonu götürüb oyuna daxil oldum. Sən demə, o pokemon mənzilimdəydi. Ərim yatırdı və heç nədən xəbəri olmadı".

Ər arvadının dediklərini sərsəmləmə adlandırıb. Qadın hirslənib və polisə yollanıb.
Qadın polisdə deyib: "Pokemonlar artıq həyatımıza daxil olublar. Onlar çox incə materiyalarda mövcuddur".
Polisin şikayət ərizəsini qəbul edib-etmədiyi bəlli deyil.
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 3 027
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri