Dostluqdan sildiyi üçün sevgilisinin üzünü yandırdı - Facebooka

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 660
Səs ver:
(səs: 0)
15 yaşlı qız facebook sosial şəbəkəsində dostluqdan sildiyi oğlan tərəfindən yandırılıb.

Qadinlar.Biz-in xarici mətbuata istinadən xəbərinə görə, Hindistanda bir yeniyetmə facebook sosial şəbəkəsində onu dostluqdan silən qızdan intiqam almaq üçün üzünü qaynar suyla yandırıb. Şimali Hindistanın Bihar vilayətindən olan yeniyetmə oğlan qızın evinə gəlib. Qızın anasını kənara itləyərək qaynar suyu zərərçəkmişin üzünə töküb. Dərhal xəstəxanaya çatdırılan qızın üzünün 20 faizi yanıb. Xüsusən sağ yanağı və boynunun sağ hissəsi daha ağır dərəcəli yanıq xəsarətləri alıb.

Zərərçəkmiş qız "Mən onun dostluğunu 1 il əvvəl layiqli olduğunu düşünüb qəbul etmişdim. Ancaq son zamanlar təhqirdeci sözlər işlətməyə və söyüş söyməyə başladı, mən də dostluqdan sildim", - deyib.

Onu da qeyd edək ki, Hindistanda facebook faciələri getdikcə artıb. Bu yaxınlarda 17 yaşlı bir qız ailəsinin facebook qadağasına görə intihar etmişdi.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 660
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri