Aygün Kazımovanın oxşarı: “Günahım nədir ki, bu qədər daşlanıram?...” – FOTO

Müəllif: NoName
Şərhlər: 18
Baxılıb: 5122
Paylaş:
Səs ver:
(səs: 2)
"İstəmirəm insanları haqqımda pis fikirləşsinlər".
İnstagramda etdiyi paylaşımla bir gecənin içində məşhurlaşan stilist-vizajist Gülruh Nəcəfova, xalq artisti Aygün Kazımovanın oxşarı kimi tanınmasına aydınlıq gətirib.

PrimeTime.Az-ın suallarına cavab verən yeni internet ulduzu, söhbətinə gündəm yaradan videosuna şərh verməklə başladı:
-İstəyirəm oxucular səmimiyyətimə inansınlar ki, mən həmin çəkilişi piar məqsədi ilə etməmişdim. Səhər tezdən dənizə getməyə hazırlaşırdım. Yayın bitməsinə az qalsa da ilk dəfə idi ki, dənizə gedirdim. Həddindən artıq isti gün olduğundan, günəş şüalarının altında qaralmaqdansa, dərimi yandırdım. Axşam evə gələndə səhhətim pisləşdi. İnstagram dostlarıma video müraciət etdim ki, bəlkə izləyicilərimdən kimsə, xalq tabəbətindən bildiyi məsləhəti mənə yazsın. Videonu sırf bu niyyətlə paylaşdım. Mən ona görə yayımlamadım ki, kimsə mənə desin özünü Aygün Kazımovaya oxşadırsan. Paylaşımı edib yatdım. Səhər ayılanda gördüm ki, artıq ulduzam(gülür).

- Qısaca sizi necə tanıya bilərik?
- Subay xanımam, 36 yaşım var. Bir müddət Rusiyada yaşamışam, daha sonra Azərbayacana gəlmişəm. 16 ildir stilist-vizajist kimi çalışıram.

- Sizə qədər Aygün xanımı çoxları parodiya etməyə çalışıb. Amma siz də parodiyadan çox oxşarlıq var.
- Mən parodiya etmirəm. Yəqin səsimdən hiss edirsiniz ki, bu dəqiqə sizinlə çox sərbəst danışıram. Özümü qabaqcadan hazırlamamışdım ki, məndən müsahibə alacaqdınız. Bu mənim səsimdir. Bəli, Aygün xanımın istifadə etdiyi sözləri işlədəndə, səsimiz çox oxşayır.

- Heç şübhəsiz ki, Aygün xanım sizin haqda az da olsa məlumatlıdır. Sizcə o, bu oxşarlığa necə reaksiya verir?
- Bu barədə ümumiyyətlə heç nə demək istəmirəm. Çünki onun reaksiyasından xəbərsizəm. Ola bilsin bəlkə məni görən zaman özünə oxşadar, bəlkə də heç oxşatmaz.

-Aygün Kazımova ilə görüşmək istəyirsiz?
-Səhv etmirəmsə 2006-cı il idi və mən Aygün xanımı verdiyi konsertlərinin birində kulisdə uzaqdan-uzağa görmüşdüm. Desəm ki, Aygün xanımı çox yaxından görmüşəm, yalan olar. Yenə də deyirəm, mən onu yamsılamıram. Heç haqqım çatmaz ki,onu parodiya edim. Bu sadəcə bir oxşarlıqdır. Allah nəsib etsə, görüşərik.

- Sosial şəbəkədə sizi tənqid edənlər arasında təhqir yazanlar da var. Şərh yazanlara nə sözünüz var?
- İstəmirəm insanları haqqımda pis fikirləşsinlər . Öz işimlə məşğul olan insanam. Heç vaxt kiminsə şəxsiyyətinə toxunmamışam. Uzun illərdir sosial şəbəkə istifadəçisiyəm. Bəzən min hoqqadan çıxan insanlar qarşıma çıxır, amma öz fikrimi yazmağı lazım bilmirəm. Çox üzr istəyirəm, axı paylaşdığım videoda nə əxlaqsıs söz işlətmişəm, nə də çılpaq görünmürəm. Tənqidi normal qəbul edirəm. Sözüm məni təhqir edənlərədir. Bilib-bilmədən haqqıma niyə girirsiz? Mənim günahım nədir ki, bu qədər daşlanıram? Vallah ayıbdır. Yazırlar ki, yanaq və dodaqlarım silikondur. Hansısa əməliyyat keçirmişəm. Üzümdə bir az gel var. Silikonla gel arasında yerlə göy qədər fərq var. O ki qaldı "canlarım, onlarım" sözlərinə, həmin kəlmələr mənim də sevimli sözlərimdir. Aygün xanıma çox böyük hörmətim var. Amma mən onu parodiya etmirəm. Səsimin hardasa onun səsinə bənzəməsində də günahkar deyiləm. Məni görən hər kəs deyir ki, səsin də, özün də Aygün xanıma çox bənzəyir. Bunu özüm demirəm... Əgər ona bənzədilirəmsə, bununla fəxr duyuram.

mənbə: PrimeTime.az

Aygün Kazımovanın oxşarı: “Günahım nədir ki, bu qədər daşlanıram?...” – FOTO

loading...
(səs: 2)
Şərhlər: 18
Baxılıb: 5122
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
YalniZ-ArZu
OXUMADIM,COX MARAQSIZDI.OZUN YIGDIRIB OXWADIB,BARI BIR YONLU ADAMA OXWAYAYDI
21 avqust 2016 18:38
18
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
miray
valahi anadan gelme oxwarliga benzemur mene gore
20 avqust 2016 10:20
17
Offline
gunay342
day oxumadim eridim oxumaqa eyer ozu ozunu oxsadibsa jeniffer lopeze oxsatsa ondan yaxsiydi yox eyer Allah veribse, onda soz demek bize duwmez
20 avqust 2016 00:41
16
Offline
♥ KaMa ♥
xebercun tskrler
19 avqust 2016 01:16
15
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
Offline
Barbaris
Sitat: qaranliq1
Oxsadib oxsatmamasi ozlerini isidi tenqid etmek qarismaq neye lazim
18 avqust 2016 22:51
14
Heçkim Senden Artıq Deyil...!Nede Sen Heç Kim'den Artıq Deyilsen...!Yixildin, Dur...Vuruldun, Vur.. Heyat Acımasızdır, Sende Acıma...!
Offline
qaranliq1
Oxsadib oxsatmamasi ozlerini isidi tenqid etmek qarismaq neye lazim
18 avqust 2016 20:18
13
♥♥♥Həyatda heç bir şeyim az olmadı sənin qədər.Və heç bir şeyi istəmədim səni istədiyim qədər.♥♥♥
Offline
vipbetul
fexr duyursansa demeli ele onun kimi birisen
18 avqust 2016 19:31
12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
narmiwka_15
berkede oxwayir bilmirem ama ozunude oxwaada biler
18 avqust 2016 17:59
11
Be Happy))
Offline
Fi-Ra
Bele bu sekilde oxsayir. Belke de uzunu cevirse oxsamaz. Ne bilim vallah. Oz isleridi. Oxsadibsa da ozunu adam tapmayib oxsatsin? Aygun nedi ki, oxsari da ne ola.
18 avqust 2016 17:41
10
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Offline
ulya 1988
makyajı silsin birde helə baxaq qərarımızı verərik oxşuyur ya oxşamır 05
18 avqust 2016 17:21
9
Offline
Nur Melikzade
Hee oxwayirdaa neylesin indi bu qiz
18 avqust 2016 16:51
8
İmza
Offline
BARBI
Iyrenc gorsenir. Hec beyenmedim xanimi
18 avqust 2016 16:44
7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Fiorella
Gunahn oduki ozunu ona oxsadrsan
18 avqust 2016 16:24
6
Offline
Gülüş.
Oxsarligi var
18 avqust 2016 16:02
5
Offline
Onun_Mələyi
Cox oxwarliq olsda sanki bunun burnu hoyukdu Aygun xanimin burnundan))
18 avqust 2016 15:46
4
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim
Offline
son bahar
heqiqeten cox oxsayir olur insan tek dogulmur indi bizimde oxsarimiz var hardasa25
18 avqust 2016 15:39
3
Ey dünya nə oldu düşdün bu günə? Yaxşını boyadın pisin rənginə Əyrilər haqq çıxır inanmir düzə Gecə də növbəsin verib gündüzə ... Ümidlər kəsilib əllər üzülüb Yalanlar muncuq tek sapa düzülüb Həyat dəyişirmi yoxsa bir sınaq? Yoxsa boş ver deyək yoxsa unudaq?
Offline
MODABAZ
Aa hec xeberın oxmadan ele bıldım ozudu cooox owsayır
18 avqust 2016 15:30
2
Heyata daim gulmek lazimdii
Offline
Totu
Oxşarligi var.... ama əməliyat falan makyaj?
18 avqust 2016 15:18
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook