Anam atamı oğlu yaşında biriylə aldadır

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 3 229
Səs ver:
(səs: 0)
Təəssüf ki, anam atamı aldadır. Üstəlik az oğlu yaşındakı köhnə şagirdiylə. Anam 45 yaşında, mən isə 13. Bir il qədər əvvəl şübhələnib anamın telefonuna baxmışdım. 30 yaşlarında, köhnə bir şagirdiylə yazışmaları vardı. Hər saat, hər dəqiqə danışırdılar. Bir il boyunca içimə atdım amma içim qan ağladı, amma atama da söyləyə bilmədim. Bu yaxınlarda təkrar mesajlara baxdığımda anladım ki, adam avtobusla tətilə gedərkən o səhər yaşadığımız şəhərdə fasilə vermiş. Anam da məni məktəbə buraxdıqdan sonra, "işim var" deyib, getmişdi. Məgər avtobus terminalına getmiş, onu görməyə. Günün sonunda yazışmalarını oxudum.

Atam ürək xəstəsidir. Deyil boşanmaq, köhnə şagirdiylə nələr yaşadığını öyrənsə dözə bilməz. Mən atamı çox sevirəm. Ona bir şey olsun istəmərəm. Amma dözə bilmirəm artıq. Boşansınlar deyirəm bir tərəfdən. Bu vəziyyəti ailəmizdə məndən başqa, böyük qardaşım da daxil, heç kim bilmir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 229
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri