Sərnişin avtobusu aşdı - 11 nəfər öldü, 21 yaralı var

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 18 186
Səs ver:
(səs: 1)
Çinin cənub qərbindəki Quyçjou əyalətində ağır yol qəzası baş verib.

Sərnişin avtobusunun körpüdən aşması nəticəsində 11 nəfər həlak olub, 21-i isə yaralanıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanlara yerləşdirilib. Onlardan 6-sının vəziyyətinin ağır olduğu deyilir.

Polisin məlumatına görə, hadisə zamanı avtobusda 39 sərnişin olub. Hadisədən dərhal sonra əraziyə gələn xilasedicilər, sərnişinləri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarmaq üçün xeyli vaxt sərf edib. Bildirilir ki, avtobus körpüdən keçərkən qəflətən idarəetmədən çıxıb. Qəza gecə saatlarında baş verdiyindən, hadisəyə sürücünün sükan arxasında yuxulamasının səbəb ola biləcəyi ehtimal edilir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 18 186
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri