Wi-fi kodu sındırılan vətəndaşlar - bu yazını mütləq oxuyun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 756
Səs ver:
(səs: 2)
"Wi-Fi" kodunun sındırılması adi hal olub. İndi hamı bu olaydan şikayətçidir. Öz qonşusuna könüllü kodu deməyənlər, bir də ona gözünü açır kodunu bütün qonşular bilir. Bəz nə etməli. Əməkdaşımız Mahmud Rövşənoğlu bu mövzuda bilgiləndirici süjet hazırlayıb. Evdə "Wi-Fi" olanlar diqqətiniz bizdə olsun.

İndi bir çoxlarının internet məkanından istifadə zamanı qarşılaşdığı problemlərdən biri də məhz şəxsi wi-fi kodlarının sındırılmasıdır. Belə ki, istənilən şəxs xüsusi proqramlar vasitəsilə mənzillərdə quraşdırılan wi-fi kodunu deşifrə edib internetdən sərbəst istifadə edə bilər. Lakin "Wi-Fi" istifadəçilərinin sayı artdıqca internetin sürəti də azalır.

"Wi-fi" kodu sındırılan vətəndaşlar, diqqətiniz bizdə olsun. Proqramçı bu hallardan sığortalanmanın yollarını izah edir:

Öz şəxsi modeminizi götürüb arxasında qeyd olunan Login və Parolunuza diqqət yetirin. Daha sonra, brauzerinizden (Chrome, Mozilla, Opera və s.) qeyd olunan ünvana daxil olun. "192.168.1.1". Şifrə və login yerinə "admin" daxil edin; sonra "wireless"-ə daxil olub "Broadcast"-ı "No" vəziyyətində saxlayın. Ekranda görünən "mac" ünvan yerinə işlətdiyiniz cihazın mac adresini qeyd edin. Və beləliklə, yalnız daxil etdiyiniz mac ünvan ilə wifi-ya daxil ola bilərsiniz.

(Ətraflı məlumat üçün: https://www.facebook.com/ITeamBaku-1622531078006939/).

Rabitə və yüksək texnologiyalar nazirliyi yanında elektron təhlükəsizlik mərkəzinin aparıcı məsləhətçisi Sevinc Heydərli deyir ki, bu cür halların baş verməməsi üçün ilk növbədə wi-fi kodunun yaradılması zamanı daha mürəkkəb şifrə seçilməlidir. Əks halda təhlükə qaçılmazdır.

Qeyd edək ki, bu cür xoşagəlməz hallarla qarşılaşdıqda vətəndaşlardan Rabitə və yüksək texnologiyalar nazirliyin 1654 çağrı mərkəzinə müraciət etmələri xahiş olunur.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 1 756
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri