Təranə Qumral, Nazəninə uduzdu – MƏHKƏMƏ QƏRARI - 5 il HƏBS

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 23 434
Səs ver:
(səs: 1)
Müğənni Nazəninin həyat yoldaşı Məhəbbət Həsənovun Təranə Qumrala qarşı şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə Nazəninin mətbuat xidməti geniş məlumat yayıb. Həmin mətni oxucularımız üçün yayımlayırıq: Məhəbbət Həsənov Nərimanov rayon məhkəməsində Təranə Qumrala qarşı qaldırdığı məhkəmə prosesində qalib gəlib. Məhkəmənin qərarı ilə Təranə Qumral Məhəbbət Həsənovun və onun həyat yoldaşı Nazəninin şərəf və ləyaqətini təhqir etdiyi, böhtan atdığı, onların işgüzar nüfuzuna xələl gətirdiyi üçün məhkəmənin qərarı ilə maddi təzminat ödəməli, eyni zamanda efir vasitəsilə onlardan üzr istəməlidir.


Məhkəmədə T.Qumralın M.Həsənovu təhqir etməsi sübuta yetirilib. Müğənni Nazəninin həyat yoldaşının vəkili Adəm Məmmədov bildirib ki, məhkəmə prosesi zamanı T.Qumral məsuliyyəti üzərindən atmaq üçün öz "İnstagram" hesabını silibmiş. Lakin məhkəmədə sübut olundu ki, həmin profil Təranə Qumrala məxsusdur. Həmin xəbəri yazan jurnalist məhkəmədə şahid kimi dindirildi. Jurnalist bildirib ki, xəbəri yazmadan öncə Təranə Qumral ilə əlaqə saxlayıb və o, həmin hesabın özünə məxsus olduğunu təsdiqləyib. Ali məhkəməyə Təranə İbrahimova tərəfindən verilən şikayət heç bir məhkəmədə qəbul olunmayıb. Məhkəmə Həsənovun xeyrinəverilən qərarı qüvvədə saxlayıb. İddia tələbi ondan ibarət idi ki, Nazənin xanımın həyat yoldaşı Təranə Qumral tərəfindən təhqir olunub. Şəxsi İnstagram səhifəsində Məhəbbət Həsənovun şərəf və ləyaqəti alçaldılaraq fikirlər səsləndirilib. Bunula bağlı Nazənin xanımın həyat yoldaşı məhkəməyə müraciət edib. Məhkəməyə verilən Təranə İbrahimova dərhal İnstagram səhifəsini silərək , məsuliyyətdən yayınmaq üçün bu səhifənin ona aid olmadığını iddia etsə də, məhkəmədə onu da sübut etdi ki, səhifə Təranə İbrahimovaya, yəni Təranə Qumrala məxsus olub. Hətta ona dəstək olan bir neçə jurnalistin də adı məhkəməyə təqdim edilib. Onlar Təranə İbrahimovaya dəstək olaraq, həmin İnstagram səhifəsində olan təhqirləri mətbuatda yayımlayıb. Bir sözlə, Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı, qərarın icrası dərhal qüvvəyə mindi. Qərarın icrası üçün Təranə İbrahimovanın qediyyatda olduğu Nərimanov Rayon İcra şöbəsinə sorğu göndəriləcək.

Cavabdeh tərəfə zaman veriləcək ki, məhkəmənin qərarını yerinə yetirsin. Məhkəmənin qərarı ilə Təranə İbrahimova 3 min manat cərimə olunmaqla yanaşı ictimai şəkildə üzr istəməlidir. Əgər məhkəmənin qərarı yerinə yetirməzsə, onda cavabdeh Təranə İbrahimova inzibati məsuliyyətə, həm də cinayət məsuliyyətinə cəlb olunacaq. İnzibati məsuliyyətə cəlb olunsa 500 manatdan 1000 manata qədər cərimə olunacaq. Və bir aya qədər də inzibati həbs oluna bilər. Əgər həbsdən sonra da cəriməni ödəməsə ,üzr istəməsə icra məmurları tərəfindən istintaq idarəsinə təqdimat veriləcək. Bu zaman Azərbaycan Respublikasının cinayət məcəlləsinin 306-cı maddəsi ilə Təranə İbrahimova cinayət məsuliyytinə cəlb oluna bilər. Ona qarşı qəti-həbs imkan tədbiri görülə bilər. Bu zaman iş məhkəməyə göndərilsə Təranə İbrahimovanı 5 il həbs gözləyir. Qeyd edək ki, T.Qumral Nazəninin həyat yoldaşının fotosunu sosial şəbəkədə paylaşaraq bu sözləri yazmışdı: "Mən hər zaman dəyərliyəm, qürurluyam, sevilirəm və seçilirəm. Nə edə bilərəm ki, yanındakı üçün sənin dəyərin yoxdur. Özünü alçaltdıqca alçalırsan. Yanındakının gözünü mənə baxanda qamaşdıra bilirəmsə, deməli, sən pas atmısan, ay yazıq! Sənə gülürəm. Sən yandıqca həzz alıram. Səni yandıra bilmişəmsə, çox xoşbəxtəm. Atalar gözəl deyib, özgə atına minən tez düşər". Nazəninlə Təranə Qumral arasında qalmaqal ANS-də yayımlanan "Bazar səhəri" verilişində başlamışdı. Tərəflər bir-birinin ünvanına təhqiramiz sözlər işlətmişdi. T.Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırmışdı. Hərçənd məhkəmə prosesində Təranə Qumralın Nazənin əri ilə intim münasitdə olduğu sübuta yetirilib. Xatırladaq ki, tərəflər arasında məhkəmə prosesi yekunlaşıb.

Məhkəmə prosesi iki tərəfin də şəxsi həyatını əhatə etdiyi üçün qapalı keçirilib. Məhkəmənin qərarına əsasən, Təranə Qumral Nazəninin şərəf və ləyaqətini alçaltdığı üçün 10 min manat ödəməlidir. M.Həsənovun vəkili Adəm Məmmədov bildirib ki, məhkəmə prosesi zamanı T.Qumral məsuliyyəti üzərindən atmaq üçün öz "İnstagram" hesabını silibmiş: "Lakin məhkəmədə sübut olundu ki, həmin profil Təranə Qumrala aid olub. Həmin xəbəri yazan jurnalist məhkəmədə şahid kimi dindirildi. Jurnalist bildirdi ki, xəbəri yazmadan öncə Təranə Qumral ilə əlaqə saxlayıb və o, həmin hesabın özünə məxsus olduğunu təsdiqləyib". Xatırladaq ki, Nazənin əri bir müddət əvvəl mətbuata açıqlamasında da bildirib ki, Təranə Qumral onun məşuqəsi olub.

O bildirib ki, T.Qumral tərəfindən şərəf və ləyaqəti alçaldıldığına görə məhkəməyə müraciət edib: "Bir müddət öncə məhkəmənin qərarına əsasən, Təranənin mənə intim mesajları təsdiqini tapdı. Məhkəmənin qərarından sonra isə Təranə mənim şəklimi sosial şəbəkədə paylaşaraq, barəmdə xoş olmayan şərhlər yazdı. Amma yazılan şərhlər cavabsız qalmayacaq. Artıq bununla bağlı məhkəməyə müraciət etmişəm. Vəkilim Adəm Məmmədov da bu işə nəzarət edir. Bu günə qədər susurdum, amma indi susmayacam. Bəli, mənim Təranə Qumralla intim münasibətim olub. Onun mənim telefonuma göndərdiyi intim sms-ləri də saxlamışam. Həmin intim sms-lər də məhkəmədə sübut olundu. Demək istəyirəm ki, Nazəninin arxasında mənim kimi həyat yoldaşı var. Hər zaman da arxasında olacağam. Təranə deyirdi ki, Nazəninin Musada gözü var. İndi mən Təranəyə sual verirəm: Təranə Qumral mənim məşuqəm sayılır, yoxsa yox? Musa Musayev hələ də bu proseslərə göz yumur. Çünki baş verənlərdən xəbərsizdir".

16:20

Ötən il verilişlərin birində qonaq olarkən müğənni Nazənin və həyat yoldaşı Məhəbbət Həsənovun ünvanına işlətlədiyi təhqirlər Təranə Qumrala baha başa gəldi. Aylar öncə Nərimanov Rayon Məhkəməsində çıxarılan qərara görə T.Qumral, Nazənin və həyat yoldaşında üzr istəyib, maddi təzminat ödəməli idi. Məğlubiyyəti ilə barışmayan qarşı tərəf bu ilin yanvarında Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, hakim qərarı dəyişilməz olaraq qüvvədə saxladı. Ən sonda Ali Məhkəməyə müraciət edən Təranənin iddiası yenə də təmin olunmadı. Təfərrüatları oxucularımız üçün yayımlayacağıq.

Təranə Qumral, Nazəninə uduzdu – MƏHKƏMƏ QƏRARI - 5 il HƏBS
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 23 434
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri