“Qanuni oğrular” Rövşənin qisasını alacaqlar - “Sxodka”da qərar verildi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 534
Səs ver:
(səs: 1)
Türkiyədə avtoritet Rövşən Lənkəranskinin qətlinə həsr olunan “qanuni oğrular”ın sxodkası baş tutub.

Bu barədə “Rosbalt” hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb. “Sxodka” iştirakçıları Lənkəranskinin qisasını almağa söz veriblər.

Eyni zamanda, Rövşənin qətlindən sonra bir çox “qanuni oğru”ların İstanbuldan Antalya köçdükləri bildirilir. Belə ki, kurort zona onlara daha təhlükəsiz gəlir.

Rövşənin klanına daxil olan Merab Djanqveladzenin də İtaliya həbsxanasından çıxdıqdan sonra məhz bura yerləşdiyi bildirilir. Antalyada baş tutan toplantıya da o rəhbərlik edib.

Nəşrin yazdığına görə, Merabdan başqa, “sxodka”da “qanuni oğru”lar Merab Baxiya, Roin Uqlava, İrakli Kaliçava, Koba Axvlediani və Zurab Dqebuadze də iştirak edib.

İştirakçılar Rövşənin qisasını alacaqlarını desələr də, heç kimin ünvanına konkret ittihamlar səsləndirilməyib.

Qafqazinfo.az
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 534
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri