''Axşam hamama girdim, qəflətən bir kişi sinəmə əl atdı...'' - Bakıda OLAY

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 750
Səs ver:
(səs: 0)
''Axşam idi, hamama girdim çimmək üçün. Qəflətən bir kişi sinəmə əl atdı. Baxıb gördüm ki, qonşum və qohumum Əhlimandır. Qışqırıb köməyə adam çağırdım, ancaq o məni zorlamaq istəyirdi''.

Bu sözləri Bakının Qaradağ rayonu ərazisində qohumu tərəfindən təcavüzə məruz qalan 30 yaşlı F.M. deyib.

Qobustan qəsəbəsi, Şıxlar kəndində yaşayan zərərçəkmişin sözlərinə görə, hadisə bu il aprelin 27-də yaşadığı evin həyətindəki hamamda baş verib: ''Gecə idi, haradasa saat 11 olardı. Hamama girdim. Soyunmaq istəyirdim ki, qəflətən Əhliman Qasımov içəri girib mənə əl-qol atdı. Sinəmə əl atırdı. Qışqırıb yoldaşımı çağırdım, heç kim köməyə gəlmədi. Sonra mənə pis-pis təkliflər etməyə başladı. Mən etiraz edəndə başladı zorla etməyə. Mən hamamda əlimə birdəfəlik istifadə olunan üzqırxan keçdi. Götürüb Əhlimanın üzünə çəkdim. Qanadığını görəndən sonra məndən əl çəkdi''.

Şikayətçi deyir ki, hadisə baş verən vaxta kimi Ə.Qasımovdan hansısa şübhəli hərəkət hiss etməyib.

Hadisə ilə bağlı Qaradağ Rayon Prokurorluğunda istintaq aparılsa da, şikayətçi müstəntiq İlyas Hüseynovun işindən narazılıq etdi: ''Müstəntiq məndən evin sənədlərini istəyir. Hamamın hansı həyətdə olmasını soruşur. Öz həyətimdə, öz hamamımda baş verib hadisə. Evin sənədlərinin bu məsələyə nə aidiyyəti var?''

Müstəntiq İ.Hüseynov criminalaz-a açıqlamasında dedi ki, hazırda F.M.-in işi ilə bağlı istintaq davam etdirilir. Ə.Qasımov artıq həbs edilib. İşin gedişində zərərçəkmiş tərəfi narazı salacaq heç bir hal yoxdur. Sadəcə hadisə ilə bağlı Cinayət Məcəlləsinin 29,149-cu (zorlamaya cəhd) maddəsi ilə cinayət işi başlanıb. Zərərçəkmişdən evin sənədlərinin tələb edilməsi isə sırf işin gedişi ilə bağlıdır.

Müstəntiqin sözlərinə görə, sənədlər mənzil toxunulmazlığı hüququ ilə bağlıdır. Çünki Ə.Qasımov başqasının mənzilinə girərək qadına təcavüz etmək istəyib. Ona görə də cinayət işinə Cinayət Məcəlləsinin 157-ci maddəsinin də əlavə edilməsi mümkündür. Bu isə sırf zərərçəkmiş tərəfin xeyrinə olan bir haldır.

İ.Hüseynov əlavə etdi ki, zərərçəkmiş tərəfin hüquqlarını vəkil Şəfiqə Nağıyeva qoruyur. Ondan order tələb etsək də verməkdən imtina etdi. Sonradan məlum oldu ki, onun fəaliyyəti Vəkillər Kolegiyası tərəfindən 6 ay müddətinə dayandırılıb.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 750
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri