2 yaşlı uşağı öldürən azərbaycanlı qız: əri ona erməni qızla xəyanət edib - VİDEO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 913
Səs ver:
(səs: 1)
Rusiyanın İvanova şəhərində 2 yaşlı qızı oğurlayaraq öldürməkdə təqsirli bilinən Azərbaycan əsilli qadın barəsində yeni məlumatlar ortaya çıxıb.

24 yaşlı Gülxar Şirəliyevanın yaxınlarının verdiyi məlumata görə, ailəsi 2009-cu ildə 17 yaşlı Gülxarı Sahib adlı şəxsə ərə verib. Gülxarın Azərbaycanda hətta qız toyu da olub. Sahib nikah düşmədiyi üçün qızı Rusiyaya aparacağını və orada evlənəcəyini bildirib. Ailəsindən razılıq alan Sahib Gülxarı özü ilə qonşu ölkəyə aparıb. Elə Gülxarın çətin günləri də elə həmin tarixdən başlayıb.

15 günün gəlini olan Gülxar Sahibin başqa bir qadınla rəsmi nikahda olduğunu öyrənib və aldadıldığını anlayıb. Azərbaycana qayıtmaq istəyən qıza Sahib imkan verməyib. Əri hər gün onu döyməyə, söyməyə başlayıb. Taleyi ilə barışan gənc qız Rusiyada yaşamağa məcbur olub. Sahibə 2 oğul övladı bəxş edən Gülxar, buna baxmayaraq həmişə əri tərəfindən zorakılıq görüb.

Bir müddət öncə Sahibin erməni əsilli bir qadınla münasibətdə olduğunu öyrənən Gülxar bunu qəbul edə bilməyib. Döyülməkdən psixologiyası pozulan qız Sahibdən qisas almaq qərarına gəlib. Əri ilə erməni əsilli qadının istirahətə yollandığını öyrənən Gülxar hərəkətə keçib. Qadının evindən 2 yaşlı qızını oğurlayan Gülxar onu qətlə yetirib.

Qeyd edək ki, istintaqın versiyasına görə də G. Şirəliyeva həyat yoldaşının nikahdankənar övladı olan 2 yaşlı Yananı oğurlayıb və qəddarcasına öldürüb. (baku.ws)
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 913
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri