Britaniyalı arvadını eBay-da satışa çıxarıb - Foto

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 2 628
Səs ver:
(səs: 0)
Böyük Britaniyanın Ueykfild şəhər sakini həyat yoldaşının eBay-da satışa çıxarılması barədə elan yerləşdirib.

“The Daily Mirror” nəşrinin məlumatına görə, 33 yaşlı Coker Saymon O`Keyn elanda xəstə olduğu zaman arvadının ona lazımi qayğı göstərmədiyini yazıb. İki uşaq atası həyat yoldaşının müsbət cəhətləri kimi bədən quruluşunu və yemək bişirmək bacarıqlarını göstərib.

Nəşr qeyd edir ki,;Keyn elan yerləşdirilməsindən iki gündən sonra hərrac iştirakçılarının onun arvadına görə 65 min funt sterlinq (təxminən 86 min dollar) verməyə hazır olduğunu görəndə çox təəcüblənib.

Britaniyalı arvadını eBay-da satışa çıxarıb - Foto



27 yaşlı Leandra ərinin bu hərəkəti haqda həmkarlarından öyrənib.

“Mən onu öldürmək istədim. Saymon məni sadəcə satışa çıxarmayıb, o, elana mənim ən pis fotoşəklimi yükləyib”, - britaniyalı qadın deyib.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 628
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri