BANKLARA KREDİT BORCU OLANLARA İNANILMAZ ŞAD XƏBƏR - Borclar silinir

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 60664
Paylaş:
Səs ver:
(səs: 0)
"Məndən tez-tez soruşurlar: Krediti ödəyə bilmirəm, amma bank məni məhkəməyə vermir və deyir ki, borcun üstünə faizlər və cərimə gəlir. Necə edim ki, bank məni tezliklə məhkəməyə versin və borcum şişməsin? Cavab verirəm: heç nə etməyin!"

Bu sözləri bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov şəxsi "Facebook" səhifəsində yazıb.

"Bank sizi ona görə məhkəməyə vermir ki, vəziyyəti ağırdır, işçilərini ixtisar edir, problemli kreditlərinin və məhkəmə proseslərinin sayı çoxdur. Bir sözlə, bankın başı çox qarışıqdır və sadəcə məhkəmə proseslərinin öhdəsindən gəlmir", - mütəxəssis bildirib.

Onun sözlərinə görə, banklar, bir qayda olaraq, hazırda o borcluları məhkəməyə verir ki, kredit üzrə girov var, yaxud borclunun və ya zaminin tutula biləcək əmək haqqısı var: "Digər borcluları bank ona görə məhkəməyə vermir ki, məhkəmə prosesini udsa belə, qərarın icrasız qalacağını başa düşür (vətəndaşlarımız tədricən savadlanır və onlara əvvəlki kimi xox gəlmək çətinləşir!) və vaxt, səy sərf etmək istəmir. Buna görə də rahat olun! Vaxt hər bir halda bankın deyil, borclunun xeyrinə işləyir".

"Böyük ehtimalla, uzağı 1,5 ilə vətəndaşların müflisliyi haqda qanun qəbul ediləcək, borclar silinəcək. Girovu olanlar da narahat olmasın: qoyduqları girovun qiyməti xeyli düşəcək və istəsələr girovu azad edə bilib özlərində saxlaya biləcəklər. Sadəcə dözmək, banklara müqavimət göstərmək lazımdır, xüsusilə məhkəmə proseslərində. Bankların vəziyyəti günü-gündən pisləşir! Buna görə də müqavimət nə qədər çox olsa, bir o qədər bir-birinizə kömək etmiş olacaqsız. Güc birlikdədir!", - Ə. Həsənov vurğulayıb.

O, son olaraq yazıb: "Təbii, heç kəs bank sisteminin çökməsini istəmir. Amma banklar özləri çökmələrini labüd edir, çünki borclulara güzəşt etmir, onların haqlarını pozur və nəticədə kreditləri geri ala bilmirlər. Bir ildən çoxdur ki, onları ağıllı olmağa dəvət edirik, amma tamahları gözlərini tutub. Banklar bizi əhali ilə özləri arasında seçim qarşısında qoyub. Dəfələrlə demişəm: belə seçimdə vicdanı olan hər kəs təbii əhalinin tərəfini tutmalıdır. Hətta əhali içində vəziyyətdən sui-istifadə edənlər də olsa belə…".(qaynarinfo)

loading...
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 60664
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
YalniZ-ArZu
UANANMAYIN,YALANDI....
Sitat: Nemka Matata
itden dost oldun comagi yere qoyma

TAM DOGRU FIKIR.
19 sentyabr 2016 20:15
6
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
Nemka Matata
itden dost oldun comagi yere qoyma
19 sentyabr 2016 12:40
5
Offline
Gülüş.
Tezlukle siliner insallah
19 sentyabr 2016 08:44
4
Offline
Gultekin.A
Ewwi mende ele bildim qanun falan cixibee.bulari bilirikde
19 sentyabr 2016 01:47
3
AĞ GÜLÜN QARA KÖLGƏSİ VAR
Offline
vipbetul
banklar verdikleri pulu alsalar faizsiz xeyrleri olar budcede azalmaz camatda rahat pulunu odeyer ne camat eziyyet ceker nedeki banklar ixtisar olar
18 sentyabr 2016 23:28
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Insallah borclari siliner.Insanlar odeye bilmir aciz veziyyete dusurler
18 sentyabr 2016 22:57
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv