QANDONDURAN HADİSƏ! Novxanıda ölən qızın SON SÖZLƏRİ- İLK səndə tapdım..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 236
Səs ver:
(səs: 0)
Sentyabrın 15-də Abşeron rayonunda yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən Sürəyya Qəhrəmanlı "Facebook" sosial şəbəkəsində sonuncu dəfə sentyabrın 12-də status paylaşıb.

Sürəyya Qəhrəmanlının sonuncu status belədir: "Göyçay... doğma diyar, doğma məmləkət. Təbiətin sehri... Hər qarışın illər boyu ruha şəfa, gözlərə ovsundur... Valehedicisən, uşaqlığımın əsərisən... Ən gözəl cağlarimin ən məsum fotonüsxəsisən. Göz önümdə canlanırsan gündüzlər əyləncə dolu məqamlarınla, gecələr ulduz axışında arzularimla.

Sən ilkə imzamsan, bilirsən niyə? Sənət vurğunu, Azər Zeynalovun ifasinda dinləmiş oldugum "Ana" mahnısını barmaqlarimla fortepiano dillərində səsləndirməmin və fortepianoya istəyimin sevgimin alişqanliğinin ilk addimlarisan... Səninlə dillənir usaqlığımın sədasi.

Novruz adətlərinlə ilk səndə tapdim birliyin, doğmalığın, dostluğun nə demək olduğunu. Çünki özümüdərk səndən başladi. Hardasan ay qayğisiz illər? Hardasan?.."

Qəzada həlak olan Sürəyya Qəhrəmanlı onunla birlikdə qəzaya düşmüş Leyla Qəhrəmanlıya hadisədən bir neçə gün öncə status da həsr edib:

"Əgər yanında hüzurverici sima varsa, günə uğurla başlamısan, demək... İbrət götürləcək ürəyə və gözlərə sahiblənməyin sənə tam əminliklə çığınmaq deməkdir.

Sən səni dərk etdiyim gündən sonsuzadək, müqayisə aparıb fərqinə vardıqlarımdan ən mükəmməlisən. Səni qədər özəl bir neçə simanın əhatəmdə olmasını istərdim. Səni verənə şükür!"

Sürəyya Qəhrəmanlının digər statusu isə belədir: "Həyat. Nə qədər sadə səslənsə də... Samitlərin qədər səsli-küylü. Bəzən qulaqlari kar edəcək qədər səssiz. Saitlərin qədər incəliklərlə, qalın layları xatırladan, günbəgün üst-üstə yığılan cətinliklərlə dolu... Bəzən ruha xoş gəlirsən, bəzən ruhdan düşməyimizə səbəbsən..."

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi Novxanı qəsəbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Sürəyya Qəhrəmanlının idarə etdiyi "Chevrolet" "MAN" markalı yük maşınına çırpılıb.
Sürəyya Qəhrəmanlı hadisə zamanı ölüb. Onun bacısı, 1992-ci il təvəllüdlü Leyla Qəhrəmanlı xəstəxanaya yerləşdirilib. Leyla Qəhrəmanlının vəziyyətinin ağır olduğu bildirilir.

Hər iki bacının Baku Medical Plazada işlədiyi bildirilir.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi başlanıb.Teleqraf.com
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 6 236
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri