“Nokia” əfsanəsi geri döndü - Telefon dükanları "dağılacaq" - VİDEO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 29 006
Səs ver:
(səs: 0)
"Microsoft" şirkəti yeni və düyməli "Nokia 216" telefonunu təqdim edib.

Bu barədə korporasiyanın yaydığı açıqlamada bildirilir. Öz formatına baxmayaraq, cihaz smartfonlarda olduğu kimi, proqram əlavələrini, oyunları dəstəkləyir. Telefonda "Opera Mini" brauzeri qurulub.

Cihaz 2,4 ekran ölçüsünə, ön və arxa kameraya, 2 min nəfərlik "qeyd dəftəri"nə malikdir. Ümumi yaddaşı kartla 32 Gb-ə qədər artırmaq mümkündür.

Telefon fonar, FM-radio, mp3 pleyer, videooynadıcı, "Bluetooth 3.0" modulu, 1020 mAs-lıq batareya ilə təchiz olunub.

Yeni "Nokia"nın 2 simkartlı (dual) variantı da var. Telefonun qiyməti açıqlanmasa da, onun təxminən 45 dollara yaxın olacağı bildirilir. //Lent.az


[media=https://www.youtube.com/watch?v=AsKCq1rwG8c]
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 29 006
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri