Ərə gedən məktəb yaşlı qızları gözləyən bəla

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 720
Səs ver:
(səs: 0)
"15-17 yaşında yeniyetmə qızların dünyaya gətirdiyi uşaqlar çox az hallarda sağ qalır. Sağ qalsa belə onlar öz yaşıdlarından nisbətən fərlqənirlər".

Qadınlar.biz bildirir ki, bunu azvision.az-a pediatr Vaqif Qarayev deyib. O bildirib ki, erkən nikaha girən qızların hamilə qalması həm qızın orqanizmi üçün ziyandır, həm də onlar hamiləlik kimi müərəkkəb prosesi axıra qədər apara bilmirlər.

"15 yaşda çanaq hələ təzə formalaşır və bioloji baxımdan yeniyetmənin orqanizmi hamilə qalmağa hazır deyil. Azyaşlı qızlar bu baxımdan hamiləlik kimi mürəkkəb prosesi axıra qədər apara bilmirlər. Belə yeniyetmə qızlarda hamiləlik ya mütləq yarıda kəsilir və ya uşaq ölü doğulur. Doğuşdan sonra yeniyetmə qızlarda qanaxma ehtimalı həddindən artıq çoxdur".

Pediatrın sözlərinə görə, yeniyetmə qızların dünyaya gətirdiyi uşaqlar ağır yarımçıq doğulmuş olurlar: "Yeniyetmə qızların hamiləliyi başqa normal hamiləliyə nisbətən mütləq pozğunluqlarla gedir. Ana bətnində uşaq boğulur və ya doğulsa belə az çəki ilə dünyaya gəlir. Yeniyetmə qızlarda uşaqların ölü doğulma faizi həddindən artıq yuxarıdır. Uşaq diri doğulsa belə, həyatının birinci həftəsi və birinci ayına qədər yaşayır. Uşaq çəkisi az olduğu üçün orqanizmi normal hamiləliklə dünyaya gələn uşaqlardan fərqlənir. Çünki normal inkişaf etməyib. Bədəndəki sistemlər mükəmməl deyil. Ona görə də bu uşaqlarda həm əqli, fiziki qüsurlar olur, həm də psixiki və dərəcədə öz yaşıdlarına nisbətən fiziki inkişafdan geridə qalır, tez-tez xəstələnirlər. Bağçaya çətin adaptasiya olur, məktəbdə yaxşı oxuya bilmirlər".

Pediatr hesab edir ki, yeniyetmə analar uşaqlarına qulluq haqqında qətiyyən məlumatlı olmurlar. "Çünki 15 yaşında ana öz uşağına gəlincik kimi baxır. Bundan əlavə, onun 18-20 yaşında dünyaya gətirdiyi uşaqlar da çox vaxt sağlam olmur. Çünki bədən yeniyetmə vaxtı zədələnib və onun fəsadları qalmış olur".
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 720
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri