BAKIDA ŞOK OLAY - Xanım sürücü mühafizəçini ölümcül döydürdü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 975
Səs ver:
(səs: 0)
Bakının mərkəzində yaşayış kompleksinin mühafizəçisi ölümcül döyülüb.

Qadınlar.biz bildirir ki, hadisə şahidlərinin criminal.az saytına verdiyi məlumata görə, dünən saat 16.30 radələrində "Abşeron" mehmanxanasının yaxınlığında yerləşən yaşayış kompleksinin mühafizəçisi bir qızın şikayəti ilə ölümcül hala salınıb. Məlumata görə, cavan xanım sürücü idarə etdiyi ''-- -- 003'' dövlət nömrə nişanlı son model ''Range Rover'' markalı avtomobili park etmək istəyib. Yer olmadığından yaşayış kompleksinin həyətində saxlamaq istəyib. Lakin binanın mühafizəçisi ona icəzə verməyib. Həmin xanım kiməsə zəng edərək mühafizəçidən şikayətlənib. Az sonra qara ''AA'' dövlət nömrə nişanlı ''Mercedes'' markalı avtomobillə iki nəfər həmin yerə gəlib. Onlar mühafizəçini huşunu itirənədək döyüb, sonra isə maşına əyləşərək ərazini tərk ediblər. Yerdə qan içərisində olan mühafizəçini təcili yardım maşını xəstəxanaya aparıb.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 975
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri