Bakıda taksilərin qiyməti qalxdı - SON DƏQİQƏ!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 004
Səs ver:
(səs: 0)
Tarif Şurasının 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətini1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edib.

Konkret məsafə – “20 Yanvar” və “İçərişəhər” metro stansiyaları üzrə may ayı üzrə qiymətlərlə Tarif Şurasının qərarından sonrakı qiymətlərin müqayisəsini təqdim edirik:
189 – (Econom) may ayında məsafə üzrə gediş haqqı 3,86 manat, Tarif Şurasının qərarından sonra 4.14 manat;
“Salam Taksi” may ayında məsafə üzrə gediş haqqı 2,51 manat, Tarif Şurasının qərarından sonra 2.95 manat;
Taxı*9111 may ayında məsafə üzrə gediş haqqı 3 manat , Tarif Şurasının qərarından sonra 3,60 manat;
“Felix Taxı” may ayında məsafə üzrə gediş haqqı 3,76 manat, Tarif Şurasının qərarından sonra 4,50 manat;
“Uber” may ayında məsafə üzrə gediş haqqı 4 manat, Tarif Şurasının qərarından sonra 4,18 manat;
“City Taxı”, “Taxı24” hələlik xidmət tariflərinə dəyişiklik etməyib. Nəzərə çatdıraq ki, simvolik seçdiyimiz məsafə 6 km təşkil edir.
Hazırda Bakıda 10-dan çox sifarişli taksi şirkəti və 16 min fərdi taksi xidməti mövcuddur.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 004
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri