Əməkdar artist: "Əlimə keçəni xırçıldadıram" - FOTO

Müəllif: Antikvar
Şərhlər: 8
Baxılıb: 2 703
Səs ver:
(səs: 1)
Bu yaxınlarda liposaksiya əməliyyatı etdirən məşhurlar sırasına əməkdar artist Nahidə Orucova da qoşulub.

Açıqlama verən aktrisa yeni görüntüsündən çox məmnun olduğunu bildirib: "Əməliyyatdan sonra mən olduğum kimi görünürəm. 25 kilo atmışam və bu gün özümü çox xoşbəxt hesab edirəm. Çünki çox yüngüləm. Camaat yaşa dolduqca qocalır, ancaq mən əksinə cavanlaşıram. Özümə söz vermişəm, cavan qalacam".

Pəhrizə riayət etmədiyini bildirən sənətçi fikirlərini belə dilə gətirib: "İşimizlə əlaqədar xüsusi pəhriz edə bilmirik. Çünki məşqlərimiz, çəkilişlərimiz, tamaşalarımız olur. Nə var, harada tapdım yeyirəm, aclığı hiss edən kimi əlimə keçəni ağzıma atıb, xırçıldadıram".

Aktrisa yeni mövsümdə tamaşa, seriallar və filmlərdə rol alacağını da deyib: "Yeni işlərim var. Qabaqcadan deməyi sevmirəm, inşallah görəcəksiniz. İstəyirəm seriallarımızda maarifləndirici nələrsə olsun. Çünki bunları görən insan serialları da izləməyə davam edəcək".

Əməkdar artist: "Əlimə keçəni xırçıldadıram" - FOTO



(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 703
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri