Şadlıq sarayında namaz qılmaq düzgündürmü? - VİDEO

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 863
Səs ver:
(səs: 0)
Sosial şəbəkələrdə şadlıq sarayında keçirilən toy zamanı kütləvi şəkildə namaz qılan insanların videosu yayılıb. İzləyicilər tərəfdən birmənalı qarşılanmayan görüntülər geniş müzakirələrə səbəb olub. Şərhlərdə bir qrup insan onları qınayaraq "namaz reklam üçün deyil" desə də, digər bir qrup "azan eşidildisə, hara olur olsun, namaz qılmalısan" deyib.
Mövzu ilə bağlı ilahiyyatçıların da fikrini öyrəndik. Hacı Şahin Həsənli bildirdi ki, İslam dinində camaat namazı anlayışı var. Buna görə də burda şişirdiləsi heç bir məqam yoxdur:
“Sözügedən videonu izləmişəm və burada qabardılacaq heç bir məqam yoxdur. Camaat namazı istənilən yerdə qılına bilər. Dini toydur və burada ibadət əhli istər tək-tək, fərdi qaydada, istərsə də toplu şəkildə ibadət edə bilərlər. Amma camaat namazının savabı daha çoxdur. Çünki bu ümumi ictimai ayinə çevrilir və bizim dinimiz bunu təbliğ edir. Eyni ilə həmin namaz məscidlərdə də qılınır. Toyda da bunun qılınması qəbul edilən haldır. Sadəcə olaraq, istənilən əməldə niyyət önəmlidir. Bu sadəcə namaza aid deyil, ümumiyyətlə insanların bütün davranışlarına şamil olunur. Niyyətlər isə qəlbin sirridir, bunu biz bilə bilmərik deyə, bu mövzuda mühakimə yürütmək də çətindir”.
Onun sözlərinə görə, namaz qılınan yerin təmizliyi birbaşa insanların özündən asılıdır:
“Adətən şadlıq evlərinin əksəriyyətində camaat namazı qılınanda təmiz xalçalar verilir. Ya da insanlar bunu əvvəlcədən özləri gətirir. Burada da heç bir problem yoxdur. Əsas şərt namaz qılınan xalçanın üzərinin təmiz olmasıdır ki, buna da insanlar özləri nəzarət edir”.
İlahiyyatçı Elşad Mirinin fikrincə isə demokratik dövlətdə bu kimi hadisələrin belə qəribə qarşılanması anlamsızdır:
"Bu gün çox az şadlıq saraylarında insanların ibadət saatında namaz qılması üçün otaqlar ayrılıb. Bilirsiz, bu gün bir neçə şadlıq sarayını çıxmaq şərtilə digərlərində ibadət otaqları yoxdur ki, insanlar namaz qılsın. Hətta bir neçə dəfə olub ki, özümün də iştirak etdiyim məclisdə azan oxunub, hamımız birlikdə camaat namazı qılmışıq. Bunu nə toy yiyəsi, nə də şadlıq sarayının işçiləri problem etməyib. Təbii ki, söhbət dini toylardan gedir. Qaldı ki, təmizlik məsələsinə, bu da insanın öz əlindədir. Orda önəmli deyil ki, xüsusi geyim olsun, xüsusi yer olsun. Təmiz xalça və ya adi təmiz dəsmal üzərində də namaz qılmaq olar. Burada böyüdüləcək məqam yoxdur”.publika.az

[media=https://www.youtube.com/watch?v=fWKNXJvacPY]
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 863
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri