Baş pediatrdan valideynlərə xəbərdarlıq: Ehtiyatlı olun

Müəllif: Son Bahar
Şərhlər: 6
Baxılıb: 2 323
Səs ver:
(səs: 1)
“Hər il payız-qış mövsümündə Azərbaycanda uşaqlar arasında soyuqdəymə xəstəlikləri yayılır. Bu səbəbdən də valideynlər mümkün qədər ehtiyatlı olmalıdırlar”.
Bu barədə Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev açıqlamasında bildirib.
Onun sözlərinə görə, tədris ilinin başlanması ilə uşaqlar arasında hava-damcı yolu ilə yoluxan virusların yayılma təhlükəsi də artır. “Uşaq kollektivləri fəaliyyətə başlayıb. Məktəb, uşaq baxçaları, körpələr evi fəaliyyət göstərir. Ona görə də, hava-damcı yolu ilə keçən xəstəliklərin yayılma təhlükəsi var. İlk növbədə valideynlər övladlarında hansısa xəstəlik əlaməti görürlərsə, onları məktəbə və baxçaya qoymamalıdırlar. Bu zaman mütləq həkimə müraciət olunmalıdır. Payız fəslində immunitet zəifləyir. Bu zaman uşağın qidalanmasına diqqət yetirilməlidir”, - deyə Nəsib Quliyev bildirib.
Baş pediatr deyir ki, indi havaların dəyişkən keçməsi uşaqların tərləyib-soyuması ilə nəticələnir: “Baxırsan ki, havalar isti keçir. Lakin qəfil hava dəyişir və külək əsir. Bu zaman soyuqdəymə baş verir. Tərləmək uşaqların qalın geyimilə bağlıdır. Valideynlər çalışmalıdır ki, uşaqlar havaya uyğun geyinsinlər. İndi uşağa qalın paltar geyindirsələr, o tərləyəcək. Sonra bədəndə soyuma baş verəcək. Bu zaman da soyuqdəymə xəstəliyi yaranacaq. Buna görə də, uşaqlar hava tempraturuna uyğun geyindirilməlidirlər. Valideynlər diqqət etməlidirlər. Əgər uşaq tərləyibsə, bu zaman onun yaş paltarı quru ilə dəyişdirilməlidir”.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 323
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri