WhatsApp'da yenilik...

Müəllif: adsiz-a
Şərhlər: 3
Baxılıb: 3 298
Səs ver:
(səs: 1)
"WhatsApp" messenceri "iOS" əməliyyat sistemi ilə işləyən mobil qurğular üçün qrup şəklində audio və video zənglər funksiyasını sınaqdan keçirir.

Qadinla.Com bildirir ki, bu barədə "iPhone" üçün proqramın son beta-versiyasında aşkar edilmiş koda istinadla "WABetaInfo" portalı məlumat yayıb.

Yeni xidmətin pullu və ya pulsuz olacağı bilinmir. Bundan başqa, qrup zənglərinin "WhatsApp" messencerinin yalnız korporativ istifadəçilər üçün xüsusi versiyasında əlçatan olacağı da istisna deyil.

Digər yeniliklər arasında qrup çatlarını idarə etmək üçün genişləndirilmiş alətlər dəstinin təqdim olunacağı gözlənilir.

"WhatsApp" messenceri internet üzərindən mətn mesajları və şəkillər göndərməyə imkan verir. İstifadəçi bu halda yalnız operatorun tarifi üzrə trafikin haqqını ödəyir. 2017-ci ilin iyulunda xidmətin gündəlik auditoriyası 1 milyard istifadəçini ötüb.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 298
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri