Elnarə: Mütləq sinəm açıq olmalıdır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 6 905
Səs ver:
(səs: 6)
"Açıq-saçıq libasları sevirəm”.

Aparıcı Elnarə Təhməzova qapalı geyimləri xoşlamır.

Aparıcı geyiminə heç bir sərhəd qoymadığını deyib: "Ziyafətə, toya dəbdəbəli libas geyinirəm. Əvvəllər klassik libaslara üstünlük verirdim: köynək, cins, pencək... İndi isə gündəlik həyatımda daha çox idman, yüngül stildə geyimləri seçirəm. Kompleksiz insanam. Adətən makiyajsız gəzirəm. Hətta bəzən adi kremdən də istifadə etmirəm. Həftədə bir dəfə efirə çıxanda cüzi makiyaj edirəm. Saçlarım da düz olduğu üçün, çimib, qurudub elə o cür gəzirəm. Örtülü geyimləri xoşlamıram. Açıq-saçıq libasları sevirəm.

Mənim qarderobumda sinəsi boğaza qədər qapalı libas yoxdur. Əgər uzun ətək geyinirəmsə, mütləq sinəm açıq olmalıdır. Yaxud, əgər bağlı koftadayamsa, mütləq qısa ətək, şortik geyinməliyəm. Ailəmdə geyimimə məhdudiyyət qoymurlar. Mən uşaq deyiləm. O, məktəb vaxtları idi ki, valideynlər qarışırdılar, açıq geyimi qadağan edirdilər. İndi onların güvənini qazanmışam. İstədiyim kimi geyinirəm”.
(səs: 6)
Şərhlər: 13
Baxılıb: 6 905
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri