Model Miranda Kerr "Harper's Bazaar” jurnalının fevral sayının üz qabığı üçün fotosessiya etdirib.
Ulduz "Chanel”, "Balmain”, "Versace”, "Proenza Shouler”, "Givenchy” və digər brendlərin libaslarında şəkillər çəkdirib. Model jurnala müsahibəsində şəxsi həyatından danışıb:
"Mən kiminləsə görüşə razılıq verirəm, amma yeni münasibətə hazır deyiləm. Hazırda ancaq vaxtımı körpəmə sərf edirəm. O çox gözəldir və Flinnlə fəxr edirəm”.
Miranda keçmiş həyat yoldaşı Orlando Blumla da yaxşı münasibətdə olduğunu deyib:
"Orlando yaxınlığımızda yaşayır. Bu, bizimlə daha çox vaxt keçirməyə imkan verir. Ayrılsaq da, biz həmişə bir ailə olacağıq”.