100-lüyü görüb komadan çıxdı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 1 755
Səs ver:
(səs: 1)
Çinin əyalətlərindən birində maraqlı hadisə baş verib.

Çjetszyan şəhərinin sakini Xiao Li uzun müddət komada imiş. Ayılmazdan bir neçə gün öncə həkimlər onun hərdən barmaqlarını tərpətdiyini görürlər. Daha sonra xəstə zorla gözünün birini açıb. Komada olan gənci hərəkətə götürmək üçün tibb bacısı cibindən 100 yuanlıq əskinas çıxardıb və xəstənin gözünün qabağına tutub. Oğlan 100-lüyü görərkən dərhal komadan çıxıb və əlini uzadaraq pulu almaq istəyib.

Hələlik xəstə tam sağalmayıb. Ailə üzvləri hələ də onun diqqətini cəlb etmək üçün yüksək məbləğli əskinaslardan istifadə edirlər.

30 yaşlı Xiao Li ilyarım əvvəl kompüter salonunda huşunu itirib. Şahidlərin dediyinə görə, o, bir həftə ərzində fasiləsiz olaraq online-poker oynayırmış. Nəticədə gəncin beynində qansızma baş verib və komaya düşüb.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 1 755
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri