Aygün "O səs Türkiyə"də coşdurdu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 15
Baxılıb: 3 237
Səs ver:
(səs: 3)
"O səs Türkiyə"də növbəti mərhələ başlayıb

"Birə bir" adlanan turun ilk gecəsində azərbaycanlı müğənni Aygün İsmayılova Miyak səhnəyə çıxıb. Keçən tur komanda yoldaşı Ezgi Delalı dueldə məğlub edən həmyerlimiz bu dəfə Büşra adlı rəqibiylə yarışıb.

Aygün "Skunk Anansie"nin repertuarından "Charlie Big Potato" rok mahnısını solo ifa edib. O, fərqli səsiylə bütün münsiflərin rəğbətini bir daha qazanıb.

Sonda komanda rəhbəri Mazhar Alanson və Özkan cütlüyünün qərarıyla Türkiyədə yaşayan həmyerlimiz növbəti mərhələyə keçib.

Qeyd edək ki, TV8 telekanalında Acun Ilıcalının aparıcı olduğu səs yarışmasının münsiflər heyətində məşhur müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz otururlar.
(səs: 3)
Şərhlər: 15
Baxılıb: 3 237
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri