2045-ci ildə bəşəriyyəti nə gözləyir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 2 192
Səs ver:
(səs: 3)
20-30 il bundan əvvəl çətin ki kiminsə ağlına gələrdi ki, artıq 2014-cü ildə cibə yerləşən kiçikölçülü qurğudakı düymələrə sıxmaqla insanlar bir-biri ilə ünsiyyət saxlaya bilər.
İnsanlar robotlarla birgə yaşayacaq
Mütəxəssislər hesab edirlər ki, artıq yaxın gələcəkdə insanlar robotlarla birgə yaşayacaq. Sonuncular əsasən ağır adi işləri icra edəcək. İnsanlar, həmçinin qismən robotlaşacaq.
Bundan başqa, elektron idarəetməyə malik süni orqanlardan aktiv istifadə ediləcək və protezləmə adi əməliyyat olacaq.
İnsan ömrü uzanacaq
Nanorobotlar dərmanları xəstə hüceyrələrə çatdırmaq və ya mikroəməliyyatların həyata keçirilməsi üçün insanın bədəninin daxilinə müdaxilə edəcək. Xüsusi ötürücülər real vaxt rejimində insanın sağlamlıq vəziyyətini skan edərək məlumatı müalicə edən həkimin girişə malik olduğu bulud saxlancına ötürəcək. Nəticədə insan ömrü uzanacaq.
Bəşər övladları iş robotları üçün yazılmış proqram təminatını daim təkmilləşdirəcək və İT sənayesində əsas iş istiqaməti avtomatlaşdırılmış sistemlər üçün proqramların hazırlanması olan xeyli şirkət meydana çıxacaq.
İnsanlar avtomatlaşdırılmış ağıllı evlərdə yaşayacaq
Bundan başqa, insanlar rahatlıq üçün tamamilə avtomatlaşdırılmış ağıllı evlərdə yaşamağa başlayacaq. Belə evlərin idarəetmə proqramı elektrik enerjisi, su, qida və başqa məxaric materiallarının xərcini izləyəcək. İnsan yalnız bank hesabında müvafiq məbləğdə pulun olmasının qayğısına qalacaq.
Bəzi əşyaların istehsalı dayandırılacaq
Gələcəkdə insanlar bir çox gündəlik qayğılardan xilas olacaq, həmçinin bəzi əşyaların istehsalı dayandırılacaq. Günümüzün 3D çap kimi perspektiv sənayesi istənilən hər şeyi (qab-qacaqdan tutmuş, inşaat bloklarınadək) müstəqil yaratmağa imkan verəcək.
Fərdi kompüterlərə (FK) gəlincə, mütəxəssislər iddia edirlər ki, 2045-ci ilədək istehsaldan tamamilə çıxarıla bilər. FK-nın funksiyalarını təkrarlayacaq xeyli sayda başqa qurğular onu əvəzləyəcək.
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 2 192
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri