“Ronaldo yataqda mükəmməldir - Oteldə bir gecə keçirdik...”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 4 397
Səs ver:
(səs: 4)
İrina Şeykdən ayrıldıqdan sonra Kriştianu Ronaldonun ətrafında sevgili söhbətləri səngimək bilmir. Braziliyalı model Andressa Urax ulduz futbolçu ilə əvvəllər görüşdüyün bildirərək şok açıqlamalar verib.

O, Ronaldo ilə hələ İrina Şeyklə sevgili olarkən görüşdüklərini deyib: "Real” Çempionlar Liqasının yarımfinalında Dortmund "Borussiya”sına 1:4 hesabı ilə uduzmuşdu. Həmin oyundan 48 saat sonra mən Ronaldo ilə görüşdüm. O, özü mənə zəng vurdu və internetdəki şəkillərimdən xoşu gəldiyini bildirdi. İrina Şeyklə birlikdə olmasına baxmayaraq, Ronaldodan xoşum gəldiyi üçün yox demədim. Oteldə bir gecə keçirdik. Yataqda mükəmməldir. Kriştianu ilə olmaq unudulmaz anlar idi”.

Portuqaliyalı ulduz da modelin bu açıqlamasında cavab verib: "Andressa deyilən birisi haqqımda ağzına gələni danışıb. Heç vaxt onunla birlikdə olmamışam. Düzdür, onun dediyi vaxtda mən "Hotel Villa Magna”da idim və bir jurnalistə müsahibə verirdim. Bunu həmin mətbuat nümayəndəsi də təsdiqləyə bilər”.
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 4 397
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri