Manatım ucuzlaşması ölkəyə necə təsir bağışlayacaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 17
Baxılıb: 3 173
Səs ver:
(səs: 8)
Ötən həftə Azərbaycan manatının ucuzlaşması barədə xəbər gündəmi zəbt etdi
Mərkəzi Bankın açıqlamasında deyilirdi ki, manatın ABŞ dollarına nisbətdə ucuzlaşdırılması qərarı milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib.
Manatın məzənnəsinin korreksiyası, həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib.
Mərkəzi Bank müəyyən edilmiş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcək.
Xəbərin yayılmasından sonra hər kəsi milli valyutamızın ucuzlaşmasından nə qədər itirdiyi və ya qazandığı sualı düşündürürdü. Qızğın başla soyuqqanlı təhlil apara bilməyən vətəndaşlar dərhal banklara axışaraq daha da ucuzlaşmamış əllərində olan manatları dollara dəyişməyə tələsdilər.
Hər şeyin bahalaşacağı ilə bağlı şaiyə dalğası böyük sürətlə ölkəni bürüdü. Hətta bəzi iş adamları cəld tərpənərək mağazalarını bağladılar ki, bir qədər sonra ucuz aldıqları malları daha baha qiymətə sata bilsinlər.
Gözlənilən idi
Manatın ucuzlaşması çoxları üçün şok effekti yaratsa da, əslində bu məsələ gözlənilən idi. Hələ ötən ilin oktyabrında Rusiyada rublun qiymətinin düşməyə başladığı zaman digər MDB ölkələrinə də bunun təsir edəcəyi deyilirdi.
Bir ay öncə belə bir proqnozu "The Guardian" qazeti də yazmışdı. Qəzet Dünya Bankının məlumatlarına istinad edərək qeyd etmişdi ki, ümumilikdə bu ölkələr 2015-ci ildə 10 milyard dollardan çox vəsait itirə bilərlər.
MDB regionunun iqtisadiyyatı sıx şəkildə əlaqəli olduğundan rus rublunun qiymətdən düşməsi Rusiyanın qonşularının valyutalarına da təsir göstərir.
Dünya Bankının məlumatına görə, Ermənistan iqtisadiyyatının 21 faizi, Gürcüstan - 12 faiz, Qırğızıstan 31,5 faiz, Moldova 25 faiz, Tacikistan 42 faiz, Ukrayna 5,5 faiz, Litva 4,5 faiz, Azərbaycan 2,5 faiz və Özbəkistan iqtisadiyyatının 12 faizi Rusiyadan pul köçürmələrindən asılıdır.
Çox keçmədi ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov ilk dəfə manatın ucuzlaşacağı ilə bağlı Britaniya mətbuatına, konkret "Financial Times" qəzetinə açıqlama verdi. Üstündən bir neçə gün sonra manat dollara nisbətdə 22 qəpik ucuzlaşdı.
(səs: 8)
Şərhlər: 17
Baxılıb: 3 173
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri